Qaz və elektrik istifadəsinə görə xidmətlər niyə bahalaşdı? – İQTİSADÇI SƏBƏBLƏRİ AÇIQLADI

Azərbaycanda qaz və elektrikdən istifadəyə görə xidmətlər bahalaşıb. Bu barədə Tarif Şurası qərar qəbul edib. Əvvəlki dövrdə bir kilovat saat elektrik enerjisi üçün əhali azı 8 qəpik ödəyirdisə, indi 5% daha çox, yəni 8,4 qəpik ödəyəcək. Əvvəl qazdan istifadəyə görə əhali bir kub metr qaz üçün azı 12 qəpik ödəyirdisə, indi, bu, yarım qəpik daha çox olacaq. Kommunal xidmətlər göstərən qurumların il başlayan kimi belə bir artım tələbi hansı ehtiyacdan yaranıb?
Ötən illərdə olan qiymət artımından sonra xidmət keyfiyyətində hansısa dəyişiklik olmayıb. Yeni artımlardan sonra kommunal xidmətlərdə keyfiyyətə müsbət təsir edəcək?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, ilin əvvəlindən təşkilatların qarşısına büdcələr müəyyənləşdirildiyi üçün planlar qoyulur:

“Bunu ilin əvvəlindən təyin etməklə onlara xərclərini maliyyələşdirməsi üçün imkanlar yaradır. Burada anidən qazın və işığın qiymətinin bahalaşmasından söhbət gedə bilməz. Hökumətin məsələyə planlı yanaşmasını göstərir. Hökumətin bu təşkilatların büdcəsini təsdiq etməsi onların il ərzində nə qədər gəlir əldə etdiklərini və həmin gəlirlərinə görə yeni qiymətləri müəyyən edir. Sonuncu dəfə Tarif Şurası ötən ilin ikinci yarısında benzin və dizelin qiymətini qaldırmışdı. Əslində elə benzin və dizelin qiymətinin artması indiki qiymət artımının səbəblərindən biridir. Çünki dizel həm elektrik enerjisi istehsalında, həm də təsərrüfatda geniş istifadə olunur”.
Ekspert son olaraq əlavə edib ki, kommunal xidmətlər göstərən qurumlar da işçilərinin maaşlarını artırmağa məcbur olduqları üçün həmin xərcləri də əhalidən toplanan kommunal ödənişlər hesabına qarşılamaq üsulunu seçib:
“Tariflərin artırılmasına diqqət etsək, aşağı hədd daha kiçik artımla, yuxarı hədd isə daha yüksək artımla müəyyənləşib. Tariflərin diferensiallaşması vacibdir və yaxşı addım hesab oluna bilər. Xidmət keyfiyyətinə gəldikdə isə heç bir dəyişiklik olmayacaq. Aşağı tarif üçün aşağı keyfiyyətli xidmət təklif edilmədiyi üçün, yuxarı tarif üçün də daha keyfiyyətli xidmət gözləmək mümkün deyil”.
Eltac Zülfüqaroğlu
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










