Qazaxda narkotik maddə satanlar saxlanılıb - FOTO

Qazaxda narkotik satan və alan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini İlkin Budaqov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan "heroin" aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Xəlil adlı şəxsdən 15 manata aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Xəlil Rzayev saxlanılan zaman onun üzərindən müxtəlif bükümlərdə narkotik maddə olan heroin və "patı" aşkar edilərək götürülüb.
Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayonun Ağköynək kənd sakini, əvvəllər məhkum olunmuş Kamran Osmanov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman müxtəlif bükümlərdə narkotik maddə olan heroin və marixuana aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












