Qazaxıstan Çinlə sərhəddə yerləşən Dostık stansiyasını modernləşdirir

Qazaxıstan–Çin beynəlxalq nəqliyyat dəhlizi üzərində yerləşən Dostık və Alaşankou dəmir yolu stansiyaları iki ölkə arasında yük daşımalarını və Avrasiya istiqamətində tranziti təmin edən, bir-biri ilə əlaqəli strateji obyektlərdir.
Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, Cunqar darvazası rayonunda və Böyük İpək Yolunun tarixi marşrutu üzərində yerləşən Dostık stansiyası sərhədyanı yükdaşımaların sabit təşkil edilməsini təmin edir və iqtisadi-ticari əməkdaşlığın inkişafına töhfə verir. Çin tərəfdən Alaşankou stansiyası əsas qəbul qovşağı kimi çıxış edir və Qazaxıstan istiqaməti ilə sıx əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir.
Hazırda Dostık stansiyasında infrastrukturun modernləşdirilməsi üzrə genişmiqyaslı proqram həyata keçirilir. Tıxacların qarşısını almaq və daşımaların fasiləsizliyini təmin etmək məqsədilə yüklərin qəbulu və yola salınması üçün yeni parkın tikintisi aparılır, həmçinin mövcud dəmir yolu xətlərinin ötürmə qabiliyyəti genişləndirilir.
Dostık və Alaşankou stansiyalarında infrastruktur layihələrinin həyata keçirilməsi tranzit potensialının daha da artmasına və Qazaxıstanın beynəlxalq nəqliyyat-logistika sistemində strateji rolunun möhkəmlənməsinə töhfə verir.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












