Qazaxıstan Pakistana 108 milyon dollarlıq elektrikli avtobus tədarük edəcək

Qazaxıstanın "Falcon EuroBus" şirkəti Pakistana 600 elektrikli avtobus tədarük edəcək. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, razılıq İslamabadda keçirilən "Qazaxıstan-Pakistan" biznes forumunda əldə olunub. İlk tədarüklərə cari ilin aprelində başlanması planlaşdırılır, kommersiya müqaviləsinin ümumi dəyəri isə 108 milyon dollar təşkil edir. Bildirilib ki, 2027–2028-ci illərə qədər Pakistana elektrik avtobuslarının ixrac həcmi 2 min ədədə qədər artırıla bilər. Biznes forumun yekunlarına əsasən, "Falcon EuroBus" ilə Pakistanın "OGCC International" şirkəti arasında kommersiya sazişinin imzalanması gözlənilir. Qeyd edək ki, "Qazaxıstan-Pakistan" biznes forumu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Pakistana dövlət səfəri çərçivəsində keçirilir.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












