Qənirə Paşayeva qazilərlə görüşüb - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşüb, onların qayğıları ilə yaxından maraqlanıb. Qazilər Cəbrail Cəbrailov, Vüqar Usublu, Vüsal İslamov, Süleyman Paşayev, Səfixan Səfərov, Qələndər Məmmədov, Turqay Məmmədov, Rəşad Haqverdiyev, Şəmsi Məmmədov, Şəmsi Hacıyevi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib:
“Əziz qazilər, Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, yeni təqvim ilində yeni uğurlar diləyirəm”! Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatları təqdim edib. Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ






















