Qəsəbə sakinləri axşamlar evdən çölə çıxa bilmir - VİDEO

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bahar” yaşayış massivinin sakinləri axşam 8-dən sonra evdən çölə çıxa bilmirlər. Səbəb isə xüsusilə axşam və səhər saatlarında olan dəhşətli qoxudur. Sakinlər üfunətin son günlərdə daha da şiddətli hal aldığını, hətta yayılan pis qoxuya görə bir neçə nəfərin səhhətinin pisləşdiyini bildiriblər.
Məsələ ilə bağlı Bakı Sukanal İdarəsinin rəisi Əlizadə Nəsirov açıqlama verib. Onun sözlərinə görə, ərazidə yoxlama aparılıb və müəyyən edilib ki, həmin qoxunun neft boruları, Hövsan aerasiya stansiyası və ya Bakı Sukanal İdarəsinə məxsus kanalizasiya xətləri ilə heç bir əlaqəsi yoxdur. Belə aydın olur ki, qoxunun mənbəyi yenə illərdir həll edilməyən Hövsan açıq kanalıdır. Məsələnin nə vaxt həll ediləcəyinə gəldikdə isə, bir müddət əvvəl “Azərsu” ASC-dən bildirilmişdir ki, Abşeron yarımadasının Baş planı olacaq. Həmin plana əsasən, bu açıq kanala tökülən tullantıların da qarşısı alınaraq kanalizasiya kollektorlarına yönləndiriləcək. Bunun üçün də hökmən o ərazilərdə kanalizasiya infrastrukturu yaradılacaq.
Ətraflı videomaterialda.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












