Qəsəbədə zibillər daşınmır: ərazidə antisanitariya hökm sürür - VİDEO

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində antisanitariya hökm sürür. Çünki məişət tullantıları zibil qutularının ətrafında qalaqlanıb. Sakinlərin sözlərinə görə, tullantıları günlərdir ki, bu cür yığılaraq qalıb.
307 nömrəli tam orta məktəbin ətrafında olan zibil konteynerləri xoşagəlməz qoxu mənbəyinə çevrilib. Sakinlər bildirirlər ki, xüsusən də isti havalarda üfunətdən dayanmaq olmur.
Xəstəlik mənbəyi olan tullantılar həmçinin gəmiricilərin, sahibsiz itlərin və həşaratların məskəninə çevrilib.
Məsələ ilə bağlı Sabunçu Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirildi ki, tullantıların yığılması üçün ayrılan avtomobildə nasazlıq yaranıb. Bu səbəbdən də son iki gün ərzində prosesdə gecikmələr baş verib. Gün ərzində həmin ərazidəki zibil konteynerləri təmizlənəcək.
Daha ətraflı videomaterialda.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












