Qətl baş verən “Beerlin Pub”da yenə kütləvi dava - VİDEO

Avqustun 29-da axşam saatlarında mühafizəçinin müştərini döyərək öldürdüyü, iş adamı Ceyhun Həsənova məxsus “Beerlin Pub” kafesi fəaliyyətə başladıqdan bir neçə gün sonra yenidən kütləvi davaların, ictimai asayişin tez-tez pozulduğu məkana çevrilib. Obyektin yerləşdiyi yaşayış binasının sakinləri “Qafqazinfo”ya müraciət edərək bildiriblər ki, qətl baş verən gündən sonra iki gün kafe fəaliyyətini dayandırıb: ““Pub” işə başlayandan sonra hər gecə dava düşür, sərxoş adamlar obyektin önündə söyüş söyürlər.
Biz də evimizdə, ailəmizlə, uşaqlarımızla rahat yaşaya bilmirik. “Beerlin Pub” kafesinin rəhbərliyi buna şərait yaradır. Demək olar ki, hər gün axşam saat 11-dən gecə saat 1-ə o obyektin qabağında dava düşür. Ölən öldü, tutulan tutuldu, amma obyektin rəhbərliyi hələ də öz bildiyini edir”.
Sakinlərin müraciətində qeyd edilir ki, sonuncu belə hadisə sentyabrın 12-də baş verib: ““Pub”dan sərxoş çıxan kişilər arasında dava düşdü, söyüşlər söyürdülər. Daha sonra əraziyə polislər çağırıldı, Post Patrul Xidmətinin 6 avtomobili gəlmişdi. Kafenin müştəriləri elə vəziyyətdəydilər ki, özlərini idarə edə bilmirdilər. Polisə müqavimət göstərirdilər, PPX əməkdaşları onları zor gücünə maşına mindirib ərazidən uzaqlaşdıra bildilər.
Amma bu da çıxış yolu deyil, çünki bu gün tutub aparırlar, səhəri gün axşam yenə dava düşür. Artıq 102 xidmətinə də məlumat vermişik, müvafiq qurumlar “Beerlin Pub” kafesinin rəhbərliyi barədə ölçü götürməlidirlər ki, biz öz evimizdə rahat yaşaya bilək”.
“Beerlin Pub” kafesinin rəhbəri Ceyhun Həsənov Bakıda restoranlar, “pub”lar və “cinemaclub”lar şəbəkəsinə malikdir.
.jpg)
Xatırladaq ki, tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazov müştəri Vüqar Mustafayevi döyərək öldürüb. Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.
(1).jpg)
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












