Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda, General Şıxlinski küçəsində yerləşən keçmiş “Ab-Hava” restoranında oktyabrın 23-də kütləvi dava baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində 43 yaşlı Ceyhun Mirağayev bıçaqlanaraq öldürülüb, bir neçə nəfər isə xəsarət alıb.
İlkin məlumatlara görə, davanın biznes münasibətləri zəminində yaranan mübahisə ilə bağlı olduğu bildirilir.
Hadisə ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də saxlanılıb.
Məlumata görə, görüşü tərəfləri barışdırmaq məqsədilə onun təşkil etdiyi iddia olunur.
Oktyabrın 25-də məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Qətli törətməkdə ittiham olunan Emin Rəhimov və Elmar Cəfərov da saxlanılıb. Ümumilikdə, hadisə və onun planlaşdırılması ilə əlaqədar bir neçə nəfər həbs edilib.
İstintaq davam edir və saxlanılan şəxslərin hər birinin hadisədəki rolu araşdırılır.
O cümlədən deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadəyə narkotik ittihamı da verilib.
Daha dəqiq, o, AR Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə də ittiham olunacaq.
Məsələ ilə bağlı araşdırmalar davam edir./Gununsesi.info/
Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan paylaşım edib - VİDEO
Türkiyədən gətirilən məhsullar gömrük güzəştlərinə baxmayaraq niyə bahalaşır? – AÇIQLAMA
Bakıda hər il 300-ə yaxın ekoloji təmiz avtobus istismara verilir – EKSPERT - VİDEO
Avtobus sürücülərinin sərnişinlərdən “küsmə”sinin səbəbi nədir? - AÇIQLAMA
Avtomobillə işə gedənlərə PİS XƏBƏR!
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO












