Qəzada təqsirləndirilən müəlliməyə hökm oxunub

Qobustan rayon Məhkəməsində “Hər fəsil” istirahət mərkəzində Dəniz Qorçunun ölümü ilə nəticələnən qəza ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hakim Qaib Hacıyevin sədrlik etdiyi iclasda məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Aytən Əzizovanın 3 il azadlıqdan məhrum olunmasını istəyib. Məhkəmənin qərarı ilə A.Əzizova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən il mayın 23-də Qobustan rayonunun “Hər fəsil” istirahət əyləncə mərkəzində Bakı Oksford Məktəbinin şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşıb. Nəticədə maşında olan 10 yaşlı Dəniz Qorçu hadisə yerində dünyasını dəyişib. Məktəbin digər şagirdləri Ayla Hacızadə, Dinara Muxtarova və müəllimə, 1971-ci il təvəllüdlü Aytən Əzizova müxtəlif bədən xəsarətləri alıblar. Hadisədən sonra şagirdlərdən birinin şəxsi müəlliməsi olan və maşını idarə edən Aytən Əzizova barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












