Qəzaların sayını azaltmaq üçün bunları etmək lazımdır - VACİB AÇIQLAMA

Son illərdə nəqliyyat hadisələrinin artmasında təkcə texniki və yol şəraiti deyil, insan faktoru, psixoloji səbəblər də mühüm rol oynayır. Avtosfer.az xəbər verir ki, bu barədə psixoloq Əbdül Səlimli “Baku.ws”-ə açıqlamasında bildirib. Mütəxəssisin fikrincə, müasir həyat tərzi insanları daimi tələskənlik, maddi qayğılar və zaman çatışmazlığı ilə üz-üzə qoyur.
"Bu stress sükan arxasında diqqətin dağılmasına, səbirsizliyə və riskli qərarların artmasına səbəb olur. Bir çox sürücü gündəlik həyatda ifadə edə bilmədiyi aqressiyanı sükan arxasında "çıxarır". Bu isə sürət həddinin aşılması, təhlükəli ötmələr və digər sürücülərə qarşı aqressiv davranışlarla nəticələnir", - deyə ekspert bildirib.
![]()
Əbdül Səlimli deyir ki, xüsusilə uzun müddət qəzasız sürən şəxslərdə "mənə heç nə olmaz" düşüncəsi formalaşır:
"Bu halda sürücü qaydalara laqeyd yanaşmağa başlayır, riskli manevrlər onun gözündə sadələşir. Telefon istifadəsi, sosial şəbəkələrə baxmaq, mesaj yazmaq artıq psixoloji asılılıq halını alıb. Beyin eyni anda iki işi effektiv görə bilmədiyi üçün reaksiya vaxtı uzanır və təhlükə gec dərk olunur. Bu hallar isə qəzaların artması ilə nəticələnir".
Təəsüf ki artan ehtiyaclar sürücüləri daha ağır və uzun iş rejminə məcbur edir. Əbdül Səlimli deyir ki, yuxusuz və psixoloji olaraq yorğun insanın isə diqqəti azalır, riskləri qiymətləndirmə qabiliyyəti zəifləyir.
"Bu vəziyyət spirtli içkinin təsiri ilə sürməyə yaxın təhlükə yaradır. Əsasən də gənc sürücülər törətdikləri risqli manevrları tez tez dilə gətirir və bununla fəxr edir. Bu isə digər sürücülərdə ətrafda qaydaları pozan sürücülərin cəzasız qalması "hamı belə edir" düşüncəsini yaradır. Bu da təhlükəli davranışların olaraq normallaşmasına səbəb olur".
Bəs yol qəzalarının azalması üçün nə etmək lazımdır?
Əbdül Səlimli deyir ki, nəqliyyat hadisələrinin azalması üçün ilk növbədə sürücülərin emosional vəziyyətinə diqqət yetirilməli, stress idarəetməsi bacarıqları artırılmalı, psixoloji maarifləndirmə və davranış dəyişikliyi proqramları tətbiq olunmalıdır:
"Çünki yol qəzalarının böyük hissəsi sükan arxasındakı psixoloji vəziyyətin nəticəsidir".
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












