“Qızıl” ani lotereyasında 2 dəfə ardıcıl 25 000 manat qazanılıb - FOTO

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları sevindirməyə davam edir. Bu dəfə “Qızıl” ani lotereyası ardıcıl olaraq 2 nəfərə 25 000 manat qazandırıb.
Şanslı şəxslərdən biri Bakı şəhər sakini Faiq Əsədullayevdir. Qalib ona 25 000 manat qazandıran bileti Hövsan qəsəbəsindəki satış məntəqəsindən alıb. Təsərrüfatla məşğul olan F. Əsədullayev qazandığı pulu öz biznesinin inkişafına xərcləyəcəyini deyir.
25 000 manat qazanan digər şanslı isə Qəbələ sakini Fəqan Şeydayevdir. O, uduşlu bileti Qəbələ şəhər mərkəzində yerləşən satış məntəqəsindən alıb. Mütəmadi bilet almaqla şansını sınayan F. Şeydayev bir gün qalib olacağına inanıb. O, qazandığı pula kompüter alacağını və digər zəruri ehtiyaclarını qarşılayacağını deyir.
Qiyməti 1 manat olan “Qızıl”da ən böyük uduş 25 000 manatdır və bu məbləği qazanmaq şansı hələ də var.
Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 25 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Azərlotereya” satış nöqtələri və “Misli” məntəqələri , "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












