Qızlar üçün məktəbli forması müzakirələrə səbəb oldu - Direktor və valideynlərə ÇAĞIRIŞ

Təhsil İnstitunun keçmiş şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova özünün feysbuk hesabında yazdığı statusla gündəmə gəlib. O, qızlar üçün məktəbli formasının uzunluq məsələsinə toxunub.
"Seçib ətəyi ən qısa olanı önə çıxarmaq geyimdə norma formalaşdırmaqdır. Dizdən olsaydı, müasirliyimizə kölgə düşəcəkdi? Soyunmaq nə zamandan sivilizasiyanın əlaməti olub?
Mən universitet tələbəsinə belə geyinməyi icazə vermirəm, 10-cu sinif niyə bu qədər qısa geyinməlidir? Bunun oturub-durmağı var, pilləkənləri qalxmağı var, atlanıb-düşməyi var, əyilib yerə düşən əşyasını götürməyi var, avtobusa çıxıb-düsməyi var.
Dünən metroda gənc bir qız belə qısa donda önümdə əyləşmişdi, ayağını ayağının üstünə aşırmışdı, hər yeri də qalmışdı çöldə. Yanımda əyləşən kişidən mən utandım. Bu 10-cu sinif şagirdi də hələ tam formalaşmayib, qısa geyindirib məktəbə göndərirlər.
Valideyn cahildir, bəs məktəb direktoru? Təhsil idarəçiləri geyimdə niyə məktəb üçün uyğun normanı müəyyənləşdirmirlər?", - deyə Könül Aydın yazıb.
Mövzu ilə əlaqədar sosioloq Lalə Mehralı öz fikirlərini bölüşüb.
Sosioloq bildirdi ki, məktəblərdə həddindən qısa geyinən şagirdlərə çox rast gəlinir. Onun sözlərinə görə, hərçənd bəzi məktəb direktorları bu məsələyə ciddi şəkildə nəzarət edir, ancaq bəziləri üçün də əhəmiyyətli deyil:
"Son dövrlərdə məktəblərdə baş verən qısnama, zorakılıq halları göz önünə gətirilərək, qısa geyinmənin o qədər də uyğun olmadığı qənaətinə varmaq olar. Çünki əyiləndə, qalxanda, hətta öz yoldaşları ilə zarafatlaşdığı hallarda belə ətəyin yuxarı qalxması və ayaqların çılpaq qalması ehtimalı var. Bu vəziyyət də, dövrümüz üçün kifayət qədər təhlükəlidir. Xüsusən valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Ona görə də məktəb direktorları tərəfdən maarifləndirmə işləri aparılmalıdır ki, şagirdlər çox qısa geyimə meyil etməsinlər. Əvvəlki məktəbli formaları şort-ətək idi. Həmin formaların geri qayıtmasını təklif edirəm. Çünki həmin geyimlər bu konteksdə daha effektiv və etibarlı idi. Amma təəssüf ki, ölkəmizdə bu məsələyə nəzarət sistemi yoxdur. Mən məktəblilərin çox qısa geyinməsini tənqid etmirəm, sadəcə olaraq bir məktəbli anası kimi də müşahidə edirəm ki, həddindən artıq qısa geyimlə məktəbə gələn şagirdlər var. Diz qapağından və ya diz qapağının üstündən olan uzunluqda ətəklərin geyinilməsi hamı üçün məqbul olardı".
Lalə Mehralı vurğuladı ki, valideylər özləri yeniyetmə uşaqlarının yanında olmadığı vaxtlarda onların mümkün qədər açıq-saçıq geyinmələrinə icazə verməməlidirlər:
"Həddindən artıq qısa geyim onların zorakılığa və təzyiqə məruz qalacaqlarına səbəb ola bilər. Ona görə də yaxşı olardı ki, vahid formanı hamı eyni uzunluqda geyinsin və mümkün qədər diqqət cəlb etməsin. Çünki cəmiyyət çox təhlükəli vəziyyət alıb və bu halda diqqətli olmaq vacib şərtdir". (redaktor)
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












