Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edildi

Həkim baxışı və məsləhəti olmadan uşaqlara hər hansı dərman, yaxud antibiotik verilməsi tamamilə yanlışdır.
Avtosfer.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qrip və mövsümi viruslarla bağlı danışarkən deyib.
Nazirlik rəsmisi qeyd edib ki, antibiotiklərin kifayət qədər yan təsirləri var və ağırlaşmalar baş verə bilər:
"Odur ki, antibiotik istifadəsi yalnız həkimin göstərişi ilə tətbiq edildikdə effektiv təsir göstərə bilər".
İnfeksionist məktəb və bağça yaşlı övladı olan valideynlərə çağırış edərək qrip əleyhinə vaksinasiyaya vaxtında qoşulmağı tövsiyə edib:
"Nəzərə almaq lazımdır ki, kütləvi qapalı yerlərdə uşaqlar yaxın məsafədə ünsiyyətdə olurlar və hava-damcı yolu ilə kəskin respirator infeksiyalara yoluxma sürətlə gedir. Yoluxma riski yüksək olduğundan vaxtında peyvənd olunmaq lazımdır".
Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










