Quba Soyqırımı Memorial Kompleksində helikopter meydançası tikiləcək

Qubada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində qətlə yetirilənlərin basdırıldığı ərazidə yaranmış Soyqırımı Memorial Kompleksində ikinci mərhələdə tikinti işlərinin aparılması üçün layihə hazırlanıb. Bu barədə APA-ya kompleksdə tikinti işlərini həyata keçirən iş icraçısı Adil Axundov məlumat verib. Onun sözlərinə görə, artıq layihə və smeta sənədləri hazırlanaraq Heydər Əliyev Fonduna təqdim olunub: “Maliyyə vəsaiti ayrılan kimi tikinti işlərinə başlanılacaq”.
A.Axundov orada ikinci mərhələdə aşkar edilən insan sümüklərinin üzərinin bağlanmasının və helikopter meydançasının tikilməsinin nəzərdə tutulduğunu deyib.
Qeyd edək ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində meydana gələn Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də məzarlıqda kütləvi şəkildə basdırılıblar.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il dekabr tarixli Sərəncamı ilə Quba “Soyqırımın memorial kompleksi”nin yaradılmasına başlanılıb. 2013-cü il 18 dekabr tarixində Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












