Quba yolunun təmirində YENƏ PROBLEMLƏR var – Bu dəfə GÜNAHKAR kim olacaq? - FOTO
Gündəm
26 Noyabr 2022 09:40

Uzun müddətdir, Bakı-Quba yolunda təmir-bərpa işlərinə başlanılsa da, yekunlaşmayıb. Vaxtilə 1 milyarddan artıq vəsait hesabına başa gələn yol 4-5 ildən sonra dəfələrlə təmir-bərpa işlərinə baxmayaraq, yararsız hala düşdü.
Yenidən vəsait ayrılaraq təmir edilməsinə başlanılsa da sürücü və sərnişinlər hələ də gözləyirlər.
Mövcud vəziyyətdən isə bu istiqamətdə hərəkət edən sürücü və sərnişinlər əziyyət çəkirlər. Yolda dəfələrlə baş vermiş qəzalarda həyatını itirən insanlar da az olmayıb...
AYDA məsələ ilə bağlı müntəzəm sorğulara həmişə cavab vermişdi ki, yolun təmiri ilin sonuna qədər tamamilə başa çatdırılacaq.
Hətta Qubadan olan deputat Vahid Əhmədov da bildirmişdi ki, Agentlik yaxşı çalışır və verilən vəd yerinə yetiriləcək.
Amma görünən mənzərə başqadır. Əməkdaşımızın Bakı-Quba yolundan göndərdiyi görüntülərə əsasən, demək mümkündür ki, ancaq bir tərəfi təmir edilən yolda işlərin yekunlaşmasına hələ çox var. Düzdür hətta gecə saatlarında da iş aparılır. Di, gəl yolun 10-15 km-lik elə hissələri var ki, özülü hələ indi qazılmağa başlanılıb. Bu hissənin tam kipləşməsi və bərkidilməsi üçün isə aylar lazımdır. Əgər yağışların, soyuğun düşdüyünü də nəzərə alsaq, tikinti tezbazar icra edilərsə, əmin ola bilərsiniz ki, bu hissələr tezliklə dağılacaq və büdcənin yenidən talanmasına səbəb olacaq.
Ona görə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə bir də əlaqə saxladıq.
Qurumun sözçüsü Bizim.Media-ya açıqlamasında bir daha israrla bildirdi ki, görülən işlərin bu ilin sonuna yekunlaşacağı planlaşdırılır:
“Bu ilin sonuna kimi başlanılan işlərin yekunlaşması nəzərdə tutulub”.
Nə deyirik, təki agentliyin dediyi kimi olsun! Amma məsələnin bəzi detalları üzrə araşdırmamız davam edəcək. Görək bu dəfə keyfiyyət məsuliyyətini kimin üzərinə yükləyəcəyik?





Oxunub : 1992
DİGƏR XƏBƏRLƏR
24 Noyabr 2026 16:46
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
24 Noyabr 2026 16:09
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
24 Noyabr 2026 13:11
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
24 Noyabr 2026 10:30
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
24 Noyabr 2026 08:47
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
23 Noyabr 2026 20:15
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
23 Noyabr 2026 18:54
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
23 Noyabr 2026 17:46
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
23 Noyabr 2026 16:23
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
23 Noyabr 2026 16:18
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
23 Noyabr 2026 15:23
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
23 Noyabr 2026 14:11
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
ŞƏRH YAZ












