Qubada narkotik dövriyyəsinə görə iki nəfər saxlanılıb - FOTO
Gündəm
16 Sentyabr 2021 13:10

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Avtosfer.az-a verdiyi məlumata görə, RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun 1-ci Nügədi kənd sakini İlqar Məmmədli saxlanılıb. Həmin şəxsin evinə baxış keçirilən zaman kibrit qutularında narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. İ.Məmmədli həmin narkotik vasitəni İsmayıl adlı şəxsdən aldığını bildirib.
Davam etdirilən tədbirlərlə rayonun Zərdabi qəsəbə sakini İsmayıl Əliağa oğlu saxlanılıb. Həmin şəxsin evinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Hər iki faktla bağlı RPŞ-də cinayət işi başlanılıb.
Oxunub : 1114
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
9 Oktyabr 2026 08:38
Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ














