Qurğuşunlu benzin - 150 milyondan çox insanın beyni çürümə riski altındadır

1996-cı ildən əvvəl doğulmuş 150 milyon insanın zehni pozulma riski altındadır.
Bu, ABŞ-də aparılan tədqiqat nəticəsində üzə çıxıb.
ABŞ-də 1996-cı ildən bəri benzinə qurğuşun əlavə etmək qadağandır. Lakin 1923-cü ildən 1996-cı ilə qədər amerikalılar bu ağır metalla dolu tüstü ilə nəfəs alırdılar.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, ABŞ-ın Dyuk Universitetinin apardığı araşdırma zamanı 2015-ci ilə qədər sağ qalan amerikalıların nə qədər qurğuşuna məruz qaldığı hesablanıb. Daha sonra qurğuşunun psixi sağlamlıq, intellekt və şəxsiyyətə təsiri araşdırılıb.
Məlum olub ki, qurğuşun məruz qalma səviyyəsi nə qədər yüksək olan insanların psixi sağlamlığı da bir o qədər zərər görüb.
Yəni azı 150 milyon insanın psixi pozğunluq riski altında olduğu müəyyən edilib. Üstəlik, bu, sadəcə ABŞ-dəki rəqəmdir.
Qurğuşun yüklü tüstü ilə alınan nəfəs qan dövranına daxil olduqda, beyin sinir hüceyrələrinin çürüməsinə səbəb olan iltihabı tətikləyir. Bu vəziyyət inkişafı gecikdirə, davranış problemlərinə və s. səbəb ola bilər. Sadə dillə desək, qurğuşun sinir sistemini zədələyir və psixologiyaya mənfi təsir edir.
Qeyd edək ki, qurğuşunlu benzini tamamilə qadağan edən ilk ölkə 1986-cı ildə Yaponiya olub. 1993-cü ilin yanvarından etibarən Avropa İttifaqı və Böyük Britaniyada bütün benzinlə işləyən avtomobillər qurğuşunsuz yanacaqdan istifadə edir. Türkiyədə isə qadağa 2006-cı ildə qüvvəyə minib.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












