Quru sərhədlər hansı təhlükələrə görə bağlıdır? - AÇIQLAMA

"Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır".
Bunu dünən VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında quru sərhədlərin bağlı qalması məsələsinə toxunan Prezident İlham Əliyev bildirdi.
Maraqlıdır, söhbət hansı fəakət və təhlükələrdən gedir?

Avtosfer.az xəbər verir ki, bu barədə "Bakupost"un sualını hərbi ekspert Ədalət Verdiyev cavablandırıb.
Onun sözlərinə görə, sərhədlərin bağlı qalması birmənalı şəkildə təhlükəsizliklə bağlıdır:
"Bu barədə bir çox mütəxəssislər, elə mən özüm də dəfələrlə açıqlama vermişik. Quru sərhədlərin açıq qalması ölkə ərazisinə girişi kifayət qədər asanlaşdırır. Bu, Azərbaycanın qələbəsini həzm etməyən bir çox böyük dövlətlərə, Azərbaycan ərazisinə daxil olaraq təxribat məqsədli fəaliyyətlər həyata keçirməyə imkan verə bilərdi".
Hərbi ekspertin sözlərinə görə, ətrafda baş verən çoxsaylı münaqişələr fonunda Azərbaycan böyük miqrant axınına da məruz qala bilərdi:
"Bu da bizim diqqətimizi əsas məsələlərdən, xüsusilə də, Ermənistanla davam edən mövcud gərgin vəziyyətdən və azad olunmuş ərazılərimizin bərpası və vətəndaşlarımızın doğma yurduna qayıtması prosesindən yayındıra bilərdi".
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












