Quru təmizləmə şirkətinə obyektin ölçülərini artırmasına kim icazə verib? - FOTO

Bakıda səki obyekt sahibi tərəfindən özəlləşdirilib.
Avtosfer.az xəbər verir ki, paytaxtın Nəsimi rayonunda şəhərin bir neçə küçəsində filialı olan şirkətlərdən biri səkini zəbt edib. Obyektin nəzərdə tutulmuş ərazisindən kənara çıxmaqla binanın görünüşünə zərər vurmaqla bərabər, piyadaların hərəkət etdiyi ərazinin də daralmasına səbəb olub.

Belə ki, Dilarə Əliyeva küçəsi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin arxasında yerləşən AGNA Quru Təmizləmə şirkətinə məxsus obyekt girişə artırdığı hissə ilə səkini zəbt edib. Bununla yanaşı, dövlətin COP29-la əlaqədar gördüyü işlərin qarşılığında şirkətin artırdığı hissə ilə binanın arasındakı küncə təmizlik vasitələri yerləşdirməyi şəhərin imicinə də mənfi təsir edir.
Fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər bu cür halların adiyyəti qurumlar tərəfindən tezliklə aradan qaldırılmasını tələb edir.
Səfər
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı















