Quşla toqquşma hər il aviaşirkətlərə 1 milyard dollardan çox ziyan vurur - FOTO

Quşla toqquşma hər bir pilotun rast gələ biləcəyi haldır. Lakin bu toqquşmalar əksər hallarda insan tələfatı ilə nəticələnmir. AZAL təyyarəsinin də Aktauda qəzaya uğraması ilə bağlı ilk versiya məhz quşla toqquşma oldu. Sonradan bu iddianın cəfəng və manipulyasiya olması üzə çıxdı.

Avtosfer.az xəbər verir ki, Avstraliyanın Aviasiya təhlükəsizliyini araşdıran AAWHG təşkilatının statistikasına görə, 1988-ci ildən indiyədək quşla toqquşma nəticəsində 262 nəfər ölüb, 250 təyyarə sıradan çıxıb. Statistika Cənubi Koreyada ötən həftə baş verən qəzanı ehtiva etmir. təkcə ABŞ-də 1990-cı ildən indiyədk vəhşi heyvanla və ya quşla 292 minə yaxın toqquşma rəsmiləşdirilib.

AAWHG-nin statistikasına görə, quşla toqquşma hər il aviaşirkətlərə 1,2 milyard dollar ziyan vurur. Toqquşma əsasən enmə və qalxma mərhələrində, xüsusən də 0-15 metr yüksəklikdə baş verir. Lakin uçuş vaxtı tam yüksəklikdə də nadir hallarda toqquşma ola bilər. Məsələn, 2021-ci ildə Fransada uçuş vaxtı təyyarənin qarabatdaqla toqquşması nəticəsində təlimatçı pilot və aviasiya məktəbinin 3 kursantı həlak olub. Lakin nəzərə alaq ki, qəzaya uğrayan DR400 təlim təyyarəsinin maksimal uçuş yüksəkliyi 3000 metrdir.

Vüqar Yaşaroğlu
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










