Ramil Usubov polisin yas mərasimində - FOTOLAR

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov Bakının Nardaran qəsəbəsində baş verən hadisələrdə şəhid olmuş polis serjantı İsmayıl Rəsul oğlu Tağıyevin Lənkəran şəhərində keçirilən hüzr mərasimində iştirak edib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, nazir Ramil Usubov mərhumun yaxınlarına başsağlığı verib.
Mərasimdə qeyd olunub ki, Azərbaycanda xalqına, millətinə sadiq olan insanlar yaşayır. Heç bir qüvvə xalqın birliyini sarsıda bilməz.
Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Qəni Axundzadə noyabrın 27-də cənub bölgəsinin ruhanilərinin və dindarlarının bir araya gələrək Prezident İlham Əliyevə müraciət ünvanladıqlarını bildirib: "Cənub bölgəsi dindarlarının dövlətimizə və dövlətçiliyimizə hər zaman sadiq olduqlarını qeyd ediblər".
Qeyd edək ki, 38 yaşlı İsmayıl Tağıyev bu il noyabrın 26-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilmiş xüsusi əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilməsi nəticəsində həlak olan iki polis serjantından biridir. Ağır atletika üzrə Avropa çempionu olan İsmayıl Tağıyev üç övlad atası idi.
II Fəxri Xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümlərindən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?



















