Ramiz Mehdiyev 17 milyonu niyə evdə saxlayıb? – ŞOK TƏFƏRRÜAT

Məlumdur ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin evindən cinayət yolu ilə əldə edildiyi deyilən 17 milyon manatdan çox vəsait aşkar edilib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti videogörüntülər yayıb. Videoda həmçinin Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanları ilə telefon danışığının səs yazısı da yer alıb.
Günlərdir ki, ölkə Ramiz Mehdiyevin evindən çıxmış 17 milyon dollar “çirkli pul”dan danışır. Hələ bu, hamısı Deyil. Əmlaklar, səhmlər, Rusiya banklarında depozitlər, hədiyyə verilmiş qızıl-brilyantlar… qabaqda nələrsə də var.
Ən mühüm sual isə budur: milyonlarla manatlıq vəsait niyə bank sistemində deyil, yaşayış ünvanında saxlanılıb? Bu pullar hansı mərhələlərdən keçə və hansı kanallar vasitəsilə formalaşıb?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov bildirib ki, Ramiz Mehdiyevin evindən çıxan 17 milyon manat pul, onun maliyyə imkanları müstəvisində dəryada bir damladır:
“Mehdiyevin bütün varidatı tam olaraq dəyərləndirilərsə, 25 illik hakimiyyəti dövründə onun milyardlarla manat var-dövlət yığdığı ortaya çıxar. Adam bu illər ərzində dövlətə xidmət etməyib, özünə və ailəsinə sərvət yığmaqla məşğul olub. Bu pulların bank hesablarında saxlanması mümkün deyildi. Çünki oğurluq pulu və ya rüşvət kimi əldə edilmiş pulu bankda hesaba hansı adla qoymaq olardı ki. Təbii ki, bu səbəbdən həmin pullar ya evlərdə saxlanılır ya da qohum-əqrəbanın adına əmlakların alınmasına xərclənir”.
Sabiq nazir deyib ki, Ramiz Mehdiyev Azərbaycanda tək deyil, onun vəzifəyə gətirdiyi və hər ay bac-xərac aldığı onlarla oğru məmur vəzifədən çıxarıIsa da, vəzifə kürsüsündə oturduqları zaman onun patronajlığı altında yığdıqları milyonları bu gün sağa-sola xərcləyərək cəmiyyətə göz dağı verir və bununla da hakimiyyətlə cəmiyyət arasında böyük narazılığın yaranmasına xidmət edirlər:
“Bu, Ramiz Mehdiyevin Azərbaycan dövlətinə etdiyi xəyanətin bir üzüdürsə, xəyanətin digər üzündə hazırda yüksək vəzifələrdə oturub xalqı soyan və dövləti talayan Mehdiyevin digər kadrları dayanırlar.
Biz dövlət olaraq bu qəbildən olan bütün xəyanətlərə qarşı amansız bir mücadiləyə başlamalıyıq. Bu sırada kiməsə güzəşt aparılan mübarizənin nizamını pozar və əhəmiyyətini heçə endirər. Keçmişdə xalqı və dövləti talamış bütün məmurlar xalça üzərinə çağrılmalıdırlar. Onların xalqdan, dövlətdən oğurladıqlarının ölçülərini müəyyən etməyin çox sadə yolları var. Eyni qaydada hazırda vəzifədə oturub xalqı və dövləti soyanlar da kütləvi şəkildə məsuliyyətə cəlb edilməli və oğurladıqları əllərindən alınmalıdır. Dövlət bunu etdikcə ölkədə vətəndaş məmnunluğu da yüksələcək”./Musavat.com
Sürüşməyə görə sürücülərə bu yoldan istifadə etmələri tövsiyə olunur
Bakıda dərslər dayandırılıb? - AÇIQLAMA
Sürücülərə və şagirdlərə MÜRACİƏT – Piyada keçidlərində diqqətli olun!
Bakının bu yollarında tıxac var - SİYAHI - FOTO
Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Evlər, maşınlar MƏHV OLDU - Zərəri kim QARŞILAYACAQ?
Belə yollara asfalt çəkilməsi sonradan problemə çevrilira - EKSPERT - FOTO
Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA
Məmurlar hadisə yerinə getdi – Təhlükənin qarşısını almaq üçün tapşırıqlar verildi - VİDEO
BBAK-da intensiv yağıntıların fəsadları aradan qaldırılır - VİDEO
Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR










