“Ramiz Mehdiyev ermənilərə işləyirdi” – Sabiq nazir

Açıqlama verən sabiq Azərbaycan Respublikasının Xalq Təhsili Naziri (1992-1993), Ali və Orta İxtisas Təhsili Naziri (1993), Milli Məclisin sabiq deputatı (1990-1995) Firudin Cəlilov, Ramiz Mehdiyevin ermənilərlə əlaqələri və onun fəaliyyəti barədə sərt açıqlamalar verib.
Firudin Cəlilov, Ramiz Mehdiyevin Rusiyanın adamı və Moskvaya işləyən biri kimi təqdim edilməsinin doğru olmadığını bildirib. O qeyd edib ki, Mehdiyevin Sovet İttifaqı dövründən Ermənistanla və ermənilərlə əlaqələri yüksək olub: “Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir və bu, onun ermənilərlə əlaqələrinin mənbəyi idi. Müstəqillik dövründə isə Mehdiyevin ermənilərlə əlaqələri əsasən Rusiya üzərindən qurulurdu.”
Sabiq nazir, həmçinin, Ramiz Mehdiyevin Azərbaycan xalqına və dövlətinə qarşı etdiyi xəyanətləri vurğulayaraq, bu məsələnin hərtərəfli araşdırılmasının vacib olduğunu bildirib: “Ramiz Mehdiyevin əmlakı əlindən alınmalı, o, həbs olunmalıdır. Onun Azərbaycan elminə, mədəniyyətinə və dövlətçiliyinə vurduğu ağır zərbələr gün üzünə çıxarılmalıdır. Mehdiyev heç vaxt xalqımıza və dövlətimizə olan nifrətini gizlətməyib.”
Firudin Cəlilov əlavə edib ki, Ramiz Mehdiyevin birbaşa göstərişi ilə müstəqillik aktına imza atan millət vəkillərinə qarşı divan tutulub: “Ramiz Mehdiyev, öz fəaliyyəti ilə ölkə üçün fəlakət ocağına çevrilib. Onun nəzarətində olan bütün işlərin icrasında inkişaf olmayıb. Çünki o, Ermənistanın göstərişlərini icra edirdi. İstintaq, onun Ermənistanla əlaqələrini də diqqətlə araşdırmalıdır.”
Firudin Cəlilov, Ramiz Mehdiyevin Azərbaycan dövlətçiliyinə vurduğu zərərləri və bu məsələlərə qarşı lazımi hüquqi addımların atılmasını tələb edib.(veten.info)
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO










