Ramiz Mehdiyev harada dəfn olunacaq?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və əmlakının mediada tirajlanması ictimaiyyətdə təəccüblə qarşılanıb.
Ramiz Mehdiyevin və ailəsinin hazırda hansı evdə yaşadığı bəlli deyil.
Sosial şəbəkələrdəki ictimai müzakirələrdə "Boz kardinal"ın səhhətindən də bəhs olunur. Çünki məhkəmə onun sağlamlıq vəziyyəti və yaşını nəzərə alaraq cəzanın real çəkilməsinə zərurət görülməyib, şərti məhkumluğu önə çəkib.
Bəzi məlumatlara görə, 88 yaşlı Ramiz Mehdiyev bir neçə xəstəlikdən əziyyət çəkir. Hətta onun 14 illik məhkumluq müddətini tam yaşaya bilməyəcəyini idda edənlər də var. Amma əgər akademik ölməyib sağ qalsa, o zaman onun cəzası 2039-ci ildə - 101 yaşında başa çatacaq.
Bəs 2039-ci ilədək əcəl "Boz kardinal"ı yaxalasa necə, onu harada dəfn edə bilərlər?
Avtosfer.az xəbər verir ki, mümkün ehtimmallar araşdırılıb.
Bəribaşdan qeyd edək ki, istisnasız olaraq Birinci Fəxri xiyabanın qapıları Ramiz Mehdiyevin üzünə qapanıb.
"Qurd Qapısı qəbiristanlığında" dəfn oluna bilər.
Ramiz Mehdiyevin mülklərindən danışdıqda ilk yada düşən Tbilisi prospektindəki 8 milyon dollarlıq villasıdır. Onun hazırda da orada yaşadığı ehtimal olunur. Lakin həmin villa yaxınlığında qəbiristanlıq mövcud deyil. Ona görə də Tbilisi prospektinə coğrafi baxımdan ən yaxın şəhər məzarlığı "Qurd Qapısı" adlandırılan Yasamal qəbiristanlığıdır.
İkinci ehtimal Novxanı kənd qəbiristanlığıdır.
Ramiz Mehdiyevin adı çəkiləndə yada düşən ünvanlardan biri də onun Novxanı qəsəbəsindəki bağ evidir. Böyük bağ sahəsində iki nəhəng villanın inşa edildiyi, ərazinin ciddi mühafizə olunduğu və müşahidə kameraları ilə izlənildiyi bildirilib. Əgər akademik qəfildən vəfat edərsə, onun Novxanı kənd qəbiristanlığında dəfn olunması da mümkün variantlardan biridir.
Badamdar qəsəbəsindəki mqəbiristanlıq da ola bilər.
Bəzi iddialarda isə qeyd olunur ki, Ramiz Mehdiyev Badamdar qəsəbəsində, Botanika bağı yaxınlığındakı çoxmərtəbəli binanın elit mənzilində yaşayır. Əgər bu iddialar düzdürsə, o zaman Ramiz Mehdiyev ölümündən sonra Badamdar qəbiristanlığında da torpağa tapşırıla bilər..
Ramiz Mehdiyev 2024-cü ilə qədər dünyadan köçsəydi, yüksək statusuna görə yəqin ki, Birinci Fəxri xiyabanda dəfn olunacaqdı.(Modern.az)
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ












