Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui-qəsd PLANLAŞDIRIB – Sensasion iddia

Azərbaycanın sabiq yüksək vəzifəli məmuru Ramiz Mehdiyevin adı ölkə başçısına qarşı planlaşdırılmış dövlət çevrilişi cəhdində hallanır. Avtosfer.az-ın məlumatına görə, bu barədə “Vesti Baku” nəşri anonim mənbələrə istinadən xəbər verir ki, AZAL-ın Qroznı səmasında vurulan təyyarəsi məhz bu planın bir hissəsi kimi nəzərdə tutulubmuş.
Planın başlanğıcı və məqsədi
Mənbənin məlumatına görə, çevriliş ssenarisi 2024-cü ilin dekabrında baş verən hadisələrdən xeyli əvvəl hazırlanıb. Plan dəqiq siyasi hesablamalara, rol bölgüsünə və xarici koordinasiyaya əsaslanırdı. Əməliyyatın əsas fiquru isə uzun illər dövlət idarəetmə sisteminə təsir göstərmiş Ramiz Mehdiyev idi. O, həmin dövrdə bəzi aparıcı media orqanlarının redaksiya siyasətinə təsir imkanlarını saxlayır, eyni zamanda parlament daxilində “müvəqqəti hökumət” ideyasını dəstəkləməyə hazır qrup formalaşdırmışdı.
Aviasiya “qəzəsi” – əsas siqnal
Planın əsas mərhələsi “siqnal” rolunu oynayacaq aviasiya qəzası idi. Ssenariyə əsasən, Prezident İlham Əliyevin təyyarəsi 2024-cü ilin dekabrında “uğursuzluq nəticəsində qəzaya uğramış” kimi göstərilməli idi. Hadisə guya Ukrayna dronlarının hücumu ilə əlaqələndirilməli, bununla da ölkədə şok, qorxu və xaos yaradılmalı idi. Ardınca isə “fövqəladə idarəetmə” rejiminin tətbiqi planlaşdırılmışdı.
Koordinasiya və texniki icra
İddiaya görə, plan Moskvadakı hərbi dairələrin koordinasiyası ilə həyata keçirilib. “Vesti Baku” nəşri əsas əlaqələndirici fiqurlardan biri kimi general Nəcməddin Sadıqovun adını⁶ çəkir. O, GPS sisteminin söndürülməsi, saxta siqnalların ötürülməsi və prezident təyyarəsinin naviqasiyasının müvəqqəti korlaşdırılması kimi texniki məsələlərə cavabdeh olub.
Mediada hazırlıq
Mehdiyevin nəzarətində olan media resursları da hadisəyə paralel informasiya hücumu üçün hazırlanmışdı. Onlar öncədən “sirli hücum”, “müvəqqəti təhlükəsizlik şurası”, “idarəetmənin ötürülməsi” kimi başlıqlarla materiallar hazırlamış, hətta “yeni hökumət tərkibi”nin siyahısını da tərtib etmişdilər.
Planın iflası
Lakin əməliyyat səhv nəticəsində uğursuzluğa düçar olub – prezidentin təyyarəsi əvəzinə eyni marşrut üzrə 30 dəqiqə əvvəl qalxan AZAL-ın mülki təyyarəsi vurulub. Bu səhv planın sonunu gətirib. “Nəzarət olunan böhran” əvəzinə ölkə beynəlxalq miqyasda faciə və qalmaqalla üzləşib. Mənbələrə görə, Moskva daha sonra hadisəni “texniki səhv” kimi təqdim etməyə və məsuliyyətdən yayınmağa çalışıb.
Putin-Əliyev görüşü
Ən dramatik məqam Düşənbədə keçirilən görüşdə yaşanıb. İddiaya əsasən, Vladimir Putin həmin görüşdə İlham Əliyevə sui-qəsd cəhdinin qarşısının alındığını bildirib və Azərbaycandakı agentin adı da daxil olmaqla bir sıra operativ məlumatlar təqdim edib.
Nəticə və istintaq
Beləliklə, çevriliş cəhdi tam iflasa uğrayıb. Prezident İlham Əliyev siyasi çevikliyi və qərarvermə bacarığı sayəsində təyyarəsinin istiqamətini vaxtında dəyişdirərək təkcə öz həyatını deyil, Azərbaycanı da “idarəolunan fəlakət”dən xilas edib. Hazırda məsələ ilə bağlı istintaq davam edir, rəsmi ittiham və sübutların prosessual qaydalara uyğun şəkildə açıqlanacağı bildirilir.
Sürüşməyə görə sürücülərə bu yoldan istifadə etmələri tövsiyə olunur
Bakıda dərslər dayandırılıb? - AÇIQLAMA
Sürücülərə və şagirdlərə MÜRACİƏT – Piyada keçidlərində diqqətli olun!
Bakının bu yollarında tıxac var - SİYAHI - FOTO
Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Evlər, maşınlar MƏHV OLDU - Zərəri kim QARŞILAYACAQ?
Belə yollara asfalt çəkilməsi sonradan problemə çevrilira - EKSPERT - FOTO
Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA
Məmurlar hadisə yerinə getdi – Təhlükənin qarşısını almaq üçün tapşırıqlar verildi - VİDEO
BBAK-da intensiv yağıntıların fəsadları aradan qaldırılır - VİDEO
Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR










