Ramiz Mehdiyev klanı üçün kritik həftə - İstintaq dairəsi daralır

Ölkənin siyasi və inzibati dairələrində Ramiz Mehdiyev klanına qarşı aparılan istintaq prosesləri bu həftə yeni mərhələyə daxil olub.
Avtosfer.az Musavat.com-a istinadla xəbər verir ki, uzun illər dövlətin müxtəlif strukturlarında gizli şəbəkə kimi fəaliyyət göstərmiş bu qrupun üzvlərinə qarşı həm kadr, həm maliyyə, həm də hüquqi istiqamətlərdə ciddi addımlar atılır.
İstintaq orqanları artıq Ramiz Mehdiyevin yaxın çevrəsini əhatə edən bir sıra işlər üzrə real nəticələr əldə edib. Azərbaycan Milli Elmlər Akademiyasında onun prezidentliyi dövründə baş vermiş mənimsəmə halları üzrə araşdırmalar davam etdirilir. Xüsusilə həmin illərdə akademiyanın təsərrüfat və təchizat işlərinə rəhbərlik etmiş Elton Məmmədovun mənimsədiyi 3 milyon manatın dövlətə geri qaytarılması faktı bu prosesin miqyasını aydın göstərir. Bu hadisə istintaqın Ramiz Mehdiyev ətrafında toplanmış maliyyə resurslarının dövlətə qaytarılması istiqamətində ardıcıl və planlı fəaliyyət apardığını təsdiqləyir.
Eyni zamanda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi də bu klanın təsir dairəsində olan məmurlara qarşı atılan növbəti addım kimi dəyərləndirilir. Rzayevin uzun illər Mehdiyevin çevrəsi ilə sıx əlaqədə olduğu, onun təyinat və himayə sistemində mühüm fiqurlardan biri sayıldığı bildirilir.
Bundan əlavə, Ramiz Mehdiyevin ailə üzvlərinə də toxunan tədbirlər gündəmdədir. Onun həyat yoldaşı Qalina Mehdiyeva ali təhsil müəssisəsindəki vəzifəsindən uzaqlaşdırılıb. Bu qərar, Mehdiyev ailəsinin dövlət strukturlarında illərlə qorunan nüfuz dairəsinin sarsıldığını göstərir.
Ən səs-küylü gözləntilərdən biri isə Ramiz Mehdiyevin oğlu, fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyevin yaxın günlərdə vəzifədən azad ediləcəyi ehtimalıdır. Siyasi və hüquqi müşahidəçilərə görə, bu addım klanın dövlət strukturlarındakı son dayaqlarının da çöküşünü simvolizə edəcək.
Hazırkı proseslər fonunda aydın görünür ki, istintaq orqanları Ramiz Mehdiyev şəbəkəsinin illərlə dövlət resurslarını mənimsəmə mexanizmini tam ifşa etməyə və həmin vəsaitləri geri qaytarmağa yönəlib. Bununla, ölkənin siyasi sistemində köhnə nizamın dağılması və yeni şəffaf idarəçilik mərhələsinin başlanması istiqamətində mühüm addımlar atılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












