Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində 4 ay müddətinə ev dustalığı tədbiri seçilib. Sabiq PA rəhbəri Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Ramiz Mehdiyev hələ də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, bu vəzifəyə 2019-cu ildə təyin edilib.
Bəs görəsən, dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan şəxs Təhlükəsizlik Şurasının üzvü olaraq qala bilərmi?
Mövzu ilə bağlı verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, Ramiz Mehdiyev ağır cinayətlərdə ittiham edilir:
“Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilməlidir. Qeyd etmək lazımdır ki, bu qərarı dövlət başçısı verir.
Əlbəttə ki, ittiham olunmaq hələ həmin cinayətləri törətmək demək deyil. Təqsirsizlik prezumpsiyası var. Hələ hökm oxunmayıb.
Buna baxmayaraq, dövlət başçısı yəqin ki, Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən çıxaracaq. Dövlətin təhlükəsizliyinə təhlükə törədən şəxs həmin vəzifədə qala bilməz", - deyə Ə.Həsənov əlavə edib.(unikal)
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












