Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA — VİDEO

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə aid olduğu iddia edilən, paytaxtın Tbilisi prospektində dəyəri 8 milyon dollar olan dəbdəbəli villa satışa çıxarılıb.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, villa ona məxsus deyil:
"Satışa çıxarılan villanın qətiyyən bizimlə əlaqəsi yoxdur. İlk dəfədir sizdən eşidirəm. Bizim satışa çıxarılan villamız yoxdur. Kimə aid olduğunu bilmirəm", - deyə o qeyd edib.
***
Videoda gördüyünüz villa Tbilisi prospektində yerləşir və əmlak satışı saytlarının birində cəmi 8 milyon ABŞ dollarına satışa çıxarılıb. Avtosfer.az "AzPolitika"ya istinadən xəbər verir ki, bu dəbdəbəli və Azərbaycan standartlarına görə kifayət qədər bahalı hesab olunan villa Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə məxsusdur. Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyev yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd edilir. Bunun mehdiyevlər ailəsinin maliyyə problemlərindən irəli gəlib-gəlmədiyini deyə bilmərik. Ancaq bir şey məlum reallıqdır ki, Azərbaycanda iri məmurlar vəzifədən atılan kimi, uzun illər qurub yaratdıqalrı ailə biznesləri, biznes imperiyaları da geriləməyə, ”çat verməyə” başlayır. Bu baxımdan R.Mehdiyevin və yaxınlarının da eyni mənzərə ilə üzləşdiyini istisna etmək olmaz.
Ancaq təbii ki, R.Mehdiyevin imkanları, malikanələri bir villa ilə məhdudlaşmır və bu, çoxsaylı mülklərin yalnız biridir. Bundan başqa mətbuatda Mehdiyevin “Bank BTB” də daxil olmaqla, böyük biznes şəbəkəsinə malik olduğu barədə çoxsaylı materiallar dərc olunub...
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












