Ramiz Mehdiyevə daha bir zərbə: 3-cü vəzifədən azad edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının tərkibində dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının sədri vəzifəsindən uzaqlaşdırılıb. Prezident İlham Əliyev bir neçə gün öncə bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Prezidenti yanında Heraldika Şurası 2006-cı ildə yaradılıb.
Hazırda adı çəkilən Şurada sədr müavini akademik Akif Əlizadədir.
Şuranın üzvləri aşağıdakı şəxslərdir:
Fərəh Əliyeva
Elçin Bağırov
Şahin Əliyev
Əbülfəs Qarayev
İsa Həbibbəyli
Ömər Eldarov
Gülçöhrə Məmmədova
Fərhad Xəlilov
Elbay Qasımzadə
Çingiz Abdullayev
Yaqub Mahmudov
Nailə Vəlixanlı
Heraldika Şurası müstəqil Azərbaycan dövlətinin rəmzlərinin mahiyyətini əks etdirən əsas heraldika atributlarının müəyyənləşdirilməsi, Azərbaycanın indiki orden, medal və döş nişanlarının heraldika nəzəriyyəsi baxımından təhlili və onların yeni tərtibatına aid təkliflərin hazırlanması, Azərbaycan dövlətinin bonistika (kağız pul) ilə bağlı əsas heraldika prinsiplərinin, medalyer sənətinə (medal, jeton, plaket və s.) dair konsepsiyanın və faleristika (orden, döş nişanı və s.) ilə bağlı başlıca heraldika prinsiplərinin, habelə Azərbaycanda qiymətli kağızların, digər xüsusi əhəmiyyət kəsb edən mühüm sənədlərin hazırlanması və çapı ilə əlaqədar ornamentlərdə əsas heraldika prinsiplərinin müəyyən olunması kimi məsələlərlə məğluldur.
Xatırladaq ki, bu, Prezident Administrasiyasının sabiq sədri Ramiz Mehdiyevin Noyabr ayında uzaqlaşdırlıdığı üçüncü vəzifədir. Bu günlərdə o, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü vəzifəsindən və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası sədrinin müavini postundan da azad olunub.
Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.
Mənbə: Modern.az
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO










