Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - FOTO

Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib.
Avtosfer.az Bakupost.az-a istinadən xəbər verir ki, Prezident.az saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib. Saytın axtarış sistemində onun adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır.
Saytın arxiv hissəsində Mehdiyevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilə bağlı 23 oktyabr 2019-cu il tarixli sərəncam və Prezident İlham Əliyevin ordeni şəxsən təqdim etdiyi video da artıq açılmır.
Adların geri alınması ilə bağlı sərəncam verilməsə də, bu, prosesin başladığını göstərir. Rəsmi sərəncamın məhkəmədən sonra veriləcəyi gözlənilir.
R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir. Belə ki, o, 2008-ci ildə “İstiqlal" ordeni, 2013-cü ildə “Şərəf” ordeni, 2018-ci ildə “Şöhrət” ordeni, 2019-cu ildə “Heydər Əliyev ordeni” ilə təltif olunub.
Xatırladaq ki, Ramiz Mehdiyev hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.

Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












