Ramiz Mehdiyevin “çap maşını” – Gizli sənədlər burada hazırlanırmış….

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq apardığı “Ramiz Mehdiyev işi” ilə bağlı “Şərq-Qərb” nəşriyyatının bağlanıb-bağlanmayacağı məsələsi gündəmdədir. Belə ki, nəşriyyatın uzun müddət Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın strukturların nəzarətində olduğu deyilsə də, konkret kimə məxsus olması barədə məlumat verilmir.
DTX-nin “Mehdiyev işi” ilə bağlı yaydığı son məlumatda adı keçən “Şərq-Qərb” nəşriyyatı bağlanacaqmı? Onun rəhbəri kimdir?
Avtosfer.az xəbər verir ki, danışan sabiq deputat Etibar Əliyev bildirib ki, hələ Milli Məclisdə olduğu dövrdə “Şərq-Qərb” nəşriyyatının Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsus olması haqda məsələ qaldırıb:
“Dəfələrlə demişəm ki, yüksək vəzifə tutan, fövqəladə hallar nazirinin müavini olan şəxs biznes fəaliyyəti ilə məşğul ola bilməz. Lakin məsələ diqqətə alınmadı. “Şərq-Qərb” nəşriyyatına müxtəlif poliqrafiya işləri, dərsliklər çap etmək üçün böyük məbləğdə vəsait ayrılmışdı. Təxminən 36 milyon manat idi. Lakin bu vəsaitlərin xərclənməsi şəffaf olmayıb. Hətta Hesablama Palatası “Şərq Qərb” nəşriyyatını yoxlamışdı və 10 milyon manat debitor borc aşkar etmişdi”.
E.Əliyevin sözlərinə görə, DTX-nin yaydığı məlumatlardan aydın olur ki, bu prosesdə dövlət vəsaitlərinin sui-istifadəsi, hətta hakimiyyətin zorla devrilməsi niyyətində olan şəxslərlə əlaqə məsələsi mövcud olub:
“Başqa bir ciddi məsələ də var: “Şərq-Qərb” nəşriyyatı qanunsuz olaraq Ramiz Mehdiyevin göstərişi ilə Azərbaycan Milli Ensiklopediyasında iki mərtəbəni zəbt edib, bu da ensiklopediyanın fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Hətta indiyə qədər nəşriyyat bu mərtəbələri zəbt etməkdədir. Mənim zamanında dediyim maxinasiyalar və çirkin əməllər indi faktlarla təsdiqlənir”. (Globalinfo.az)
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












