Ramiz Mehdiyevin daha bir qanunsuzluğunun üstü açıldı - SİYAHIDA KİMLƏR VAR?

Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Ramiz Mehdiyevin daha bir qanunsuzluğunun üstü açılıb.
Avtosfer.az-ın məlumatına görə, sabiq deputat, təhsil eksperti Etibar Əliyev “Yeni Sabah”a açıqlamasında deyib ki, R.Mehdiyevin AMEA-nın həqiqi üzvü seçilməsi qanun pozuntusu ilə həyata keçirilib.
“AMEA-nın əsasnaməsində qeyd olunur ki, akademiklər yalnız akademiyanın müxbir üzvləri arasından seçilir. Ramiz Mehdiyevin isə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi vardı. Amma buna baxmayaraq, o, akademiyanın müxbir üzvü olmadan, 2007-ci ildə keçirilən seçkilərdə birbaşa akademik seçilib”.
Onun sözlərinə görə, Haqq Ədalət Partiyasının sədri, keçmiş səhiyyə naziri Əli İnsanov da müxbir olmadan birbaşa akademik adı almışdı:
“O, 2007-ci ildə AMEA-nın həqiqi üzvülüyündən xaric olundu. Yəni, bu təcrübə mövcuddur və Əli İnsanova tətbiq edilib. Düşünürəm ki, eyni prosedur qaydalarına əməl etməklə Ramiz Mehdiyevin də akademik adının alınması mümkündür. Akademik adı cəmiyyətdə ən yüksək elmi ad hesab olunur və kifayət qədər aylıq vəsaitlə təmin edilir. Məncə, Ramiz Mehdiyev artıq akademiyanın həqiqi üzvü kimi qala bilməz, akademik statusu saxlamamalıdır və bu ad ondan alınmalıdır”.
Qeyd edək ki, akademiklər, bir qayda olaraq, Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər. Ancaq buna rəğmən müxbir üzv olmadan həqiqi üzvlər sırasına yüksələn bir çox şəxs var.
Onların bəzilərinin adlarını təqdim edirik.
Əli Abbasov
Ömər Eldarov
Fikrət Əliyev
Əhliman Əmiraslanov
İsmayıl Hacıyev
İsa Həbibbəyli
Arif Həşimov
Məhəmməd Mehdiyev
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












