Ramiz Mehdiyevin həbsdəki adamı - Ona da xəyanət etmişdi

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ağır ittihamlarla cinayət məsuliyyətinə cəlb edilməsi uzun illər onun ətrafında olmuş şəxsləri yenidən gündəmə gətirib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “boz kardinal”a xidmət etmiş “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov da həmin təsir sisteminin içində yer almışdı.
Bu yaxınlıq onu metallurgiya sahəsində tanınmış iş adamına çevirsə də xilas edə bilmədi. 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rasim Məmmədovu həbs etdi.
Məmmədov artıq 4 ildir həbsdədir. Mənimsəmə, dələduzluq və başqa cinayətlərinə görə hələ 10 ilə yaxın da həbsdə qalmalı olacaq.

Ramiz Mehdiyev onu da satdı
2020-ci ilin sonlarında artıq Ramiz Mehdiyevin ailəsi Rasim Məmmədova üz çevirdi. Əvvəlcə onun oğlu Teymur Mehdiyev və kürəkəni İlham ƏliyevRasim Məmmədovdan şikayət etdilər. Onlar ərizələrində göstəriblər ki, R.Məmmədov birindən 4 milyon, digərindən isə 3,5 milyon dollar mənimsəyib. Mehdiyev ailəsi illərlə o dövrlərdə metalurgiya sahəsini öz inhisarında saxlayan zavoddan gələn pullar hesabına özlərinə yeni bizneslər qurdular.
Uzun müddət Ramiz Mehdiyevin “çətiri” altında fəaliyyət göstərmiş iş adamı sonradan öz məhkəmə proseslərində bu münasibətdən açıq şəkildə danışmağa başladı: “Mən yediyim qaba tüpürməmişəm. Ramiz Mehdiyevi atam qədər istəyirdim. Pis günündə yanında olmuşam. İşdən sonra onu gəzdirmişəm, xəstə olub, yanına getmişəm”.
O, vəkillərinin vəsatətinə qarşı çıxaraq “ağsaqqalı”nın məhkəmədə dindirilməsinə belə razılıq verməsə də, Mehdiyev “Mən özüm bilirəm hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq, hər kəs törətdiyi əmələ görə cavab verəcək”, - deməklə onunla məsafə saxladı.
Sonuncu plan da alt-üst oldu
Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ilə Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova daha sonra üzərinə həbs qoyulmuş “Baku Oksford Məktəbi” uğrunda mübarizə aparmağa başladılar.
Tərəflər məktəbdə pay hüquqlarının onlara məxsus olduğunu iddia etsələr də, məhkəmələr binanın “Baku Steel Company”dən mənimsənilən vəsaitlə inşa olunduğunu təsdiqlədi. Nəticədə bina dövlət nəfinə müsadirə edildi.
İndi isə vəziyyət dəyişib - Rasim Məmmədov illərdir həbsdə yatır, Ramiz Mehdiyev isə ev dustaqlığındadır. Ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdən əlavə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılması ittihamı da irəli sürülüb. Məhz bu epizod üzrə Rasim Məmmədov da şahid qismində dindirilə bilər. Onun nələri etiraf edəcəyini isə indidən maraq doğurur.
Ramiz Mehdiyevin özünün də dediyi kimi: “Hər kəs törətdiyi əmələ görə cavab verəcək”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












