Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək - FOTOLAR

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işi ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.
İstintaq orqanları tərəfindən təqdim olunan materiallara əsasən, Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər etməsinə dair çoxsaylı faktiki sübutların toplanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi məlumatlarda eks-məmurun cinayət yolu ilə əldə edildiyi 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı vurğulanır.
Qeyd olunmalıdır ki, Ramiz Mehdiyev və yaxın qohumları lüks avtomobillərdən ibarət geniş kolleksiyaları ilə də gündəmə gəlmişdilər. Müxtəlif mənbələrdə "boz kardinal"ın “BMW”, “Mercedes-Maybach”, “Rolls-Royce”, “Bentley”, "Bentayga” və s. markalı avtomobillərdən ibarət geniş kolleksiyasının olduğu bildirilirdi. Ramiz Mehdiyev və yaxınlarının avtomobil parkının toplam dəyərinin bir neçə milyon manat təşkil etdiyi iddia olunurdu.
İrəli sürülmüş ittihamlar məhkəmə qərarı ilə təsdiqlənərsə, Ramiz Mehdiyevin sərvəti, o cümlədən lüks avtomobil kolleksiyası müsadirə oluna bilərmi?
Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Babək Həmidov bildirib ki, şəxsin əmlakının qanuni və ya qeyri-qanuni yolla əldə olunmasına dair yekun qərar məhkəmə tərəfindən verilir.
Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı şəxsin gəlirləri ilə əmlakı arasında uyğunsuzluq müəyyən edilərsə, həmin əmlakın müsadirəsi barədə qərar çıxarıla bilər.
Mövzu ilə bağlı Ramiz Mehdiyevin hüquqlarını dövlət təyinatı əsasında müdafiə edən vəkil Zaur Abıyev ilə əlaqə saxlamağa cəhd göstərdik. Amma, vəkil səhhətində yaranmış problemlə əlaqədar məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini deyib./modern.az















Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












