Ramiz Mehdiyevin oğlu və qardaşı oğlu HƏBS EDİLƏCƏK: yeni sübutlar ORTAYA ÇIXDI

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi ölkənin əsas ictimai-siyasi gündəminə çevrilib.
Vaxtilə "boz kardinal" kimi tanınan Mehdiyev hazırda dövlətə qarşı ağır ittihamlarla üz-üzədir. Bu prosesin diqqətçəkən tərəfi yalnız onun özü ilə məhdudlaşmır, ailə üzvləri və yaxın qohumları da araşdırmalara cəlb edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "haqqin.az" saytında dərc edilən məqalədə bildirilib. Məqalədə qeyd olunur ki, dövlət strukturlarında uzun illər yüksək vəzifələr tutmuş, adı saysız-hesabsız korrupsiya iddialarında hallanan gömrük generalı Telman Hüseynqulu oğlu Mehdiyev də onun qohumu kimi təqdim edilir.
General Ramiz Mehdiyevin "qohumu" kimi təqdim edilsə də, açıq mənbələrdə onların ailə bağları təsdiqlənmir. Hətta bəzi iddialara görə, Ramiz Mehdiyev uşaqlıq illərini
Naxçıvanda başqa ailədə keçirib və onun bioloji qohumları barədə ziddiyyətli məlumatlar mövcuddur.
Telman Mehdiyev Azərbaycan gömrük sistemində uzun illər yüksək postlarda çalışıb. 2021-ci ildə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. O, 2022-ci ilə qədər Dövlət Gömrük Komitəsinin Enerji resursları və dəniz nəqliyyatı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Bu idarə dəniz daşımaları və neft ticarəti ilə bağlı strateji yüklərə nəzarət edən qurumlardan biridir. İddialara görə, o, bəzi hallarda birbaşa Ramiz Mehdiyevdən göstəriş alaraq biznesmenlərə qarşı cinayət işləri açıb və təzyiq mexanizmlərində xüsusi rol oynayıb.
2022-ci ilin əvvəlində o dövrdə DGK-nın sədri olmuş Səfər Mehdiyevin əmri ilə Telman Mehdiyev bu vəzifədən azad edilərək Qərb Baş Gömrük İdarəsinin rəisi təyin edildi. Həmin dövr ölkədə Ramiz Mehdiyevin ətrafında artan qalmaqallar, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyindən onun istefasına gətirib çıxaran ictimai təzyiqlərlə yadda qaldı. Qərb gömrüyü isə Azərbaycan-Gürcüstan sərhədindəki ticarət və tranzit axınlarına nəzarət edən ən vacib strukturlardan biridir.
Lakin bu vəzifə uzun sürmədi. Səfər Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra Telman Mehdiyev də 2023-cü ilin yanvarında "pensiya yaşı" ilə əlaqədar istefaya göndərildi. Ekspertlər bunu "himayəçisiz qalan" generalın sistemdən "səssiz şəkildə uzaqlaşdırılması" kimi dəyərləndirirdilər.
Təlman Mehdiyev barədə mediada daha bir diqqətçəkən iddia onun "EuroHome" ticarət mərkəzinin gizli sahibi olmasıdır. 2020-ci ildə müəmmalı şəkildə yanaraq külə dönmüş bu obyektin arxasında generalın dayandığı iddia edilsə də, o, öz açıqlamalarında bu məlumatları qəti şəkildə təkzib etmişdi.
Son günlər isə Təlman Mehdiyevin adı yenidən gündəmə gəlib. "Ramiz Mehdiyev işi" çərçivəsində mümkün həbs olunacağı iddia edilən şəxslərin siyahısında onun da adının hallandırıldığı deyilir.
TV Müsavat xəbər verir ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin də vəzifədən çıxarılması, ardınca onun atası ilə birgə Rusiyada keçirilən tədbirlərdə iştirakı müzakirə olunur. Bu iş çərçivəsində Teymur Mehdiyevin də həbs olunacağı gözlənilir. İstintaq çərçivəsində oğul Mehdiyevin atasına bəzi məsələlərdə yardım etdiyi, eyni zamanda müəyyən şəxslərlə əlaqədə vasitəçilik funksiyasını yerinə yetirdiyi də üzə çıxıb. Nələr gözlənilir? Növbəti həbslər kimin ətrafında olacaq?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO










