Ramiz Mehdiyevlə bağlı qərar bu vaxt veriləcək

“Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə konkret məhkəmə qərarı olduqdan sonra Yeni Azərbaycan Partiyası (YAP) onun partiyadan çıxarılması məsələsinə baxacaq”. Avtosfer.az xəbər verir ki, bu sözləri "Teleqraf"a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
Şura sədri bildirib ki, bununla bağlı məhkəmənin qərarı olmalıdır:
“Məhkəmə qərarı olmadan Ramiz Mehdiyev haqqında danışılan sözlərin hamısı boş söhbətlərdir. Məhkəmənin qərarı olandan sonra o məsələlərin hamısı öz həllini tapacaq”.
Arif Rəhimzadə hazırda Ramiz Mehdiyev barəsində sadəcə olaraq məhkəmə araşdırması prosesinin getdiyini və bunun nəticələrini gözləməyin vacibliyini vurğulayıb:
“Onun haqqında verilən qərar məhkəmənin gedişi və prosesə cəlb edilməsi ilə bağlıdır”.
Xatırladaq ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının və partiyanın Veteranlar şurasının üzvüdür. O, 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.
Qeyd edək ki, Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












