Ramiz Mehdiyevlə Qalinanın evlənməsinin ŞOK SƏBƏBİ

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı daha bir xəbər rezonans doğurub. İddialara görə, onun fəaliyyətində həyat yoldaşı Qalina Mehdiyevanın mühüm rolu ola bilər. Bildirilir ki, Mehdiyevin istər sovet vaxtı, istərsə ondan sonra vəzifəyə yüksəlişi Qalinanın qurduğu planlara, əlaqələrinə görə baş verib. Qalina Mehdiyevanın erməni qarışığı və rus agenti olması ehtimallar arasındadır.
Bu, nə dərəcədə realdır? Ramiz Mehdiyevin arxasında, əslində, həyat yoldaşı Qalina Mehdiyeva dayanır?
Avtosfer.az xəbər verir ki, bu barədə "Globalinfo"ya danışan siyasi şərhçi Heydər Oğuzun sözlərinə görə, Ramiz Mehdiyevin yüksəlişinin sirri Sovet İttifaqının yürütdüyü proletariat diktaturası deyilən fəlsəfədən, prinsipdən qaynaqlanıb.
O qeyd edib ki, bu prinsipə görə, hakimiyyətdən mülkədarlar, əsilli-köklü aristokrat ailələr uzaqlaşdırılır:
“Onların yerinə soy-kökü çox bilinməyən, zəif təbəqədən olan, əzilmiş sinfin nümayəndələri gətirilirdi. Ramiz Mehdiyev də bütün parametrləri ilə bu prinsipə uyğun idi. Onun barəsində Naxçıvan ağsaqqalları, ailəsini tanıyan adamlarla söhbət edəndə bu məqamı müəyyənləşdirmişdim ki, o, anasının qucağında gəlib. Yəni anası oğlunu da gətirib, Naxçıvanda məskunlaşıb. İddialara görə, atasının kim olduğu bəlli deyil”.
H.Oğuz Ramiz Mehdiyevin həyatı ilə bağlı maraqlı məlumatla bölüşüb:
“Ramiz Mehdiyevin anası rəhmətə gedəndən sonra bunu uşaq evinə yerləşdiriblər, orada böyüyüb. Tamamilə əsilsiz-köksüz bir adam olub. Belə adamları da ona görə vəzifəyə gətirirdilər ki, öz ətraflarına istədikləri adamı, qohum-əqrəbalarını çəkməyələr və Rusiyaya daha çox bağlı olalar. Yəni rusdan başqa himayədarları olmasın. Belə insanlar əsasən düşmən xalqların qızları ilə evləndirilirdilər ki, bu qızlar, gəlinlər həmin adamlara nəzarət etsinlər. Qalinanın da Ramiz Mehdiyevlə evləndirilməsinin səbəbi budur. Qalina Mehdiyevanın özünün də haqqında çox ciddi iddialar var. Gürcüstanda bir erməni ailəsində doğulduğu bildirilir. Onun da çox kasıb, proletariat deyiləcək bir ailədə dünyaya göz açdığı barəsində məlumatlar var. Qalinanın Ramiz Mehdiyevdən əvvəl qeyri-rəsmi evliliyinin olduğu, hətta qeyri-qanuni bir uşaq da dünyaya gətirməsinə dair məlumatlar yayılıb”.
Müsahibimiz deyib ki, R.Mehdiyev kimi şəxslər cəmiyyətin ən aşağı təbəqəsindən olan, cəmiyyət tərəfindən qəbul olunmayan bir xarakterə malik olublar:
“Bunları evləndirmələrinin səbəbi nəzarət mexanizmi idi. Çünki belələrinin xanımı daha çox Rusiyaya bağlıdır. O qadınlar öz ərlərinin fəaliyyətinə nəzarət edib, KQB-yə məlumatlar ötürürdülər. Bu mənada Qalinanın Ramiz Mehdiyevlə evləndirilməsi təsadüfi deyil”.
H.Oğuz əlavə edib ki, o cür əzilmiş şəxslər öz cəmiyyətlərinə düşmən kəsilirlər:
“Çünki zamanında hər yerdə sıxışdırılıb, təcrid olunub, aşağılanıblar və onlar istər-istəməz öz cəmiyyətlərinə nifrətlə yetişiblər. Ümumiyyətlə, tək Ramiz Mehdiyev yox, o dövrdə hakimiyyətə gətirilən bir çox insanın proletariat diktaturası prinsipinə uyğun olaraq seçilməsinin səbəbləri budur”.
Qobustanda çökmə baş verən körpü sökülür - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı paylaşım edilib - VİDEO
Bakı-Tbilisi xətti ilə sərnişindaşıma bərpa olunur? - RƏSMİ AÇIQLAMA - FOTOLAR
Bu ərazidə avtobus zolağı taksilərin dayanacağına çevrilib - ŞİKAYƏT - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün nə qədər əhəmiyyətlidir? - EKSPERT AÇIQLADI
Hətta Ermənistan da bu cür tədbirlərin Bakıda keçirilməsini dəstəkləyir - EKOLOQ
Vyananın deputatı Azərbaycan və forumla bağlı nələri açıqladı? - FOTO
Azərbaycan Qlobal Forumda hansı nümunələri dünyaya çatdırır? - FOND SƏDRİ - FOTO
Azad edilmiş ərazilərdə yol infrastrukturu genişlənir; regionun tranzit potensialı artır – EKSPERT - FOTO
DİM-in açıqlaması yalan çıxdı - İmtahana gecikənlər çöldə qldı - FOTO










