Rayon icra başçıları şənbə-bazar niyə Bakıya gəlirlər? - AÇIQLAMA

Son illər aparılan islahatların nəticəsində idarəetmədə gənclərin sayı artıb. Bu gün bir sıra rayonların icra başçıları məhz gənclərdir. İddialara görə, bəzi icra başçıları şənbə-bazar günləri rayonu tərk edib Bakıya gəlirlər.
Maraqlıdır, icra başçıları hansı hallarda rəhbərlik etdikləri rayonun ərazisini tərk edə bilərlər?
Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a bildirib ki, dövlət gənc icra başçılarının səmərəli işləməsinə və istirahətinə qayğı ilə yanaşır:
“Rayonların icra başçıları ölkə Prezidenti tərəfindən təyin olunurlar. Gənclərin rəhbər vəzifələrə gətirilməsi yüksək qiymətləndirilməlidir. Bu bir etimaddır. Müsbət haldır ki, gənc icra başçılarının əksəriyyəti öz vəzifələrinin öhdəsindən gəlirlər. Dövlət onların səmərəli işləməsinə və istirahət etməsinə də qayğıyla yanaşır".
Komitə sədri vurğulayıb ki, ailəsi şəhərdə yaşayan rayon icra başçılarının öz ailə üzvləri ilə görüşməsində heç bir problem yoxdur:
"Onlar icazə almaqla istənilən vaxt şəhərə gələ bilərlər. Çünki gənc icra başçılarının ailə üzvləri şəhərdə işləyir, övladları burada təhsil alırlar. Belə olan halda onların rayona köçməsi, əlbəttə, çətindir. Gənc icra başçılarının paytaxta gəlməsi rayonda işlərin gedişinə heç bir çətinlik yaratmır. Çünki işləri onların müavinləri, aparat idarə edir. Rayonun hüquq-mühafizə orqanları da yerində olur. Hər hansı problem olduqda icra başçıları rayon ərazisini tərk etmirlər və məsələ həll edilməyənə qədər öz vəzifələrinin başında dayanırlar. Gənc icra başçılarının istirahət vaxtlarında Bakıya gəlməsində elə bir qəbahət görmürəm".
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT











