Rayon maşını ilə Bakıya gəlin aparmağa gələnlərə - XƏBƏRDARLIQ

Rayon qeydiyyatlı avtomobillərin Bakıya daxil olmasına məhdudiyyət qoyulması hələ də müzakirə mövzusu olmaqda davam edir. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, budəfəki narazılıq toy karvanları ilə bağlıdır. Məhdudiyyət tətbiq edilməzdən əvvəl bir çox hallarda rayondan Bakıya gəlin aparmağa gələnlər səhər saatlarında yola çıxırdılar. Bəs indiki halda necə, toy karvanı paytaxta yalnız gecə saatlarında daxil olmalıdırmı?
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bu kimi hallarda istisnalar ola biləcəyini deyib: “Rayondan Bakıya toy karvanı gələrsə, o zaman bütün avtomobillərə deyil, məhz bəy-gəlin maşınına güzəşt oluna bilər”. O qeyd edib ki, bununla bağlı hələ ki, müraciət daxil olmayıb: “Əlbəttə, belə istisnalar ola bilər. Amma toy karvanı deyəndə, o demək deyil ki, bəy-gəlin avtomobilinin arxasına 30-40 avtomobil qoşulsun Bakıya gəlsin. Xeyr, bu mümkün ola bilməz. İstisna halda karvandakı 1-2 rayon qeydiyyatlı maşın paytaxta buraxıla bilər, qalanlar yox!”.
Qeyd edək ki, rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 22:00-a kimi Bakıya buraxılmaması ilə bağlı qərar sentyabrın 15-dən qüvvədədir. Bu avtomobillərin saxlanması üçün paytaxtın cənub və şimal girişində duracaqlar tikilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












