Rayondan gələnlər ayağa qalxdı; yol polisinə hücum

Dünən axşam Bakının cənub girişində rayonlardan paytaxta gələn sürücülərlə yol polisləri arasında insident yaşanıb. Bu barədə Avtosfer.az-a hadisə şahidləri məlumat veriblər. Bildirilir ki, Lökbatan qəsəbəsi ərazisində qurulmuş polis postunda avtomobillərin bir-bir və ləng şəkildə yoxlanılması dəhşətli tıxaca səbəb olub. Şahidlərin dedyiyinə görə, tıxacın bir ucu Səngəçal terminalına çatırmış. Bundan hiddətlənən sürücülər yol polislərinə bir neçə dəfə etiraz edərək yolun açılmasını və ya işin daha sürətlə aparılmasını bildiriblər. Həmin sürücülər arasında Bakıda qeydiyyatda olanlar çoxluq təşkil edib. Lakin onların bəzilərinin maşınlarının nömrəsi 99-la başladığı üçün yol polisləri həmin avtomobilləri də yoxlamağa başlayıb. Elə bu səbəbdən də tıxac yaranıb. Vəziyyəti belə görən sürücülər «Meyvəli» bazarı tərəfdə yol polislərinə hücum çəkiblər. Şahidlərin dediyinə görə, bir neçə sürücü maşını yol polisinin üstünə sürəndən sonra polislər yolu açmalı olublar və bununla da hərəkət bərpa olunub. Tıxacın saat 19:00-dan 20:30-dək davam etdiyi bildirilir.
Cavid
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar













