Rayonlara gediş-gəliş yanvarın 18-dən sonra açılacaqmı? - Açıqlama

"COVID-19" pandemiyasının sürətli yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində dekabrın 14-dən yanvarın 18-dək yenidən sərt karantin rejimi tətbiq olunur. Operativ Qərargahın son brifiqində rayonlara gediş-gəlişin də məhdudlaşdırılmasına dair qərarın qəbul olunduğu açıqlanıb. Yanvarın 18-dən sonra yaxın zamanlarda rayonlara gediş-gəliş bərpa edilə bilərmi?
Avtosfer.az xəbər verir ki, bununla bağlı deputat Cavid Osmanov danışıb:
"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yanvarın 18-nə kimi məhdudlaşdırıcı sərt karantin rejimi tətbiq olunub. Bununla da bəzi şəhər və rayonlarımıza gediş-gəliş bağlanıb. Yanvarın 18-nə kimi olan statistik göstəricilərdə yoluxanların sayı ilə sağalanların sayında normallaşma müşahidə olunarsa, bundan sonrakı mərhələdə Operativ Qərargah mövzuyla bağlı yeni qərarını açıqlayacaq. Düşünürəm ki, vəziyyət normallaşsa və yoluxma sayı getdikcə azalsa, 18-dən sonra gediş-gəliş bərpa oluna bilər".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












