Rəsulzadəni təhqir edən deputatın qardaşı «avtoş»luq etdiyi üçün bıçaqlandı

Məhəmməd Əmin Rəsulzadəni təhqir etməklə gündəmə gələn və Gəncədən yeni seçilmiş deputat Naqif Həmzəyevin adı növbəti qalmaqalda hallanır. Bu dəfə yayılan məlumatda gənc deputatın qardaşının bıçaqlandığı deyilir. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, deputatın qardaşı Saqif Həmzəyev noyabrın 20-də bıçaqlanıb. Hadisə Yeni Gəncə qəsəbəsi Mehmandarov küçəsinin yaxınlığında baş verib.
Deputatın qardaşının bıçaqlanmasının səbəbi qeyd edilən ünvanda avtoxuliqanlıq etməsi olub. Avtoxuliqanlıq edən Saqif Həmzəyev bu hərəkətləri ilə ətrafda yaşayan gənclərin qəzəbinə tuş gəlib. Onlar arasında yaranan mübahisə deputatın qardaşının bıçaqlanması ilə nəticələnib. S.Həmzəyevin bıçaqlanma xəbərinin mətbuata çıxmaması üçün deputat tərəfindən böyük səylər göstərilib.
Hadisənin mətbuata çıxması isə Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadəni təhqir etməsindən bir neçə gün sonraya təsadüf edir. Hazırda deputatın qardaşı müalicə alır. Onun həyati təhlükəsi yoxdur. Məlumata görə, bıçaqlanma işi Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Elçin Əzizov tərəfindən araşdırılır.
Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Elçin Əzizov bildirib ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin icazəsi olmadan bu haqda heç bir məlumat verə bilməz. Müstəntiq hadisəni təkzib və ya təsdiq etməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə bildirib ki, bu barədə nazirliyin mətbuat xidmətində heç bir məlumat yoxdur. Ancaq E.Zahidov da hadisəni təkzib etməyib.
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO










