RİNN-də Texniki Komitənin iclası keçirilib - FOTOLAR
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) yaradılan İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (TK-05) növbəti iclası keçirilib.
RİNN-dən Avtosfer.az-a verilən məlumata görə, iclasda 2025-ci il üzrə Fəaliyyət Planına uyğun görülən işlər və həlli vacib məsələlər müzakirə edilib. Sahə üzrə aktual hesab edilən yeni 10 milli standart layihəsinin təsdiq olunması üçün Azərbaycan Standartlaşma İnstitutuna göndərilməsi qərara alınıb.
Həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023 – 2025-ci illər üçün Dövlət Proqramı”nda Texniki Komitənin üzərinə düşən vəzifələr üzrə görülən işlər nəzərdən keçirilib.
İclasda Texniki Komitənin üzvü olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, “AzInTelecom” MMC-nin nümayəndələri iştirak ediblər.


Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO












