Ruhi Əliyeva: “Sizə sevgimi göndərirəm” – İş xanımından Şəhid və Qazi ailələrinə bayram sovqatı - VİDEO

Bir çox sosial, yardım layihələrinin müəllifi olan iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bütün dünyanı bürümüş COVID-19 virusunun yayıldığı bu dönəmdə, 44 günlük Vətən müharibəsində qələbə qazanan ölkəmizdə öz xeyriyyəçilik missiyasını yerinə yetirib və növbəti sosial dəstək tədbirini gerçəkləşdirib. Ruhi Əliyeva bu dəfə Bakı, Bakıətrafı kəndlər, Sumqayıt və Qobustan daxil olmaqla, 50 Şəhid və Qazi ailəsini sevindirib. Avtosfer.az xəbər verir ki, iş xanımı yardım aksiyası ilə bağlı fikirlərini belə izah edib: “Azərbaycan əsgəri üçün etdiyimiz onların müqəddəs torpağımıza düşən bir damcı qanı və təri üçün bəs etməz. Həmişə çalışmışam ki, əsgərimiz üçün ən yaxşı olanını edim. Onların əziyyəti əvəzolunmazdır. Əsgərimizin gözü arxada, evində qalmamalıdır. Bu səbəbdən şəhid ailələri və qazilərimizlə yanaşı, əsgərlərimizin valideynlərini də unutmamalıyıq. Mən Sizlərə yalnız öz əllərimlə yığdığım sovqatı deyil, eyni zamanda sevgimi, məhəbbətimi və hisslərimi göndərirəm. ƏSGƏRİMİZ QÜRURUMUZDUR!”
İş xanımının bayram sovqatı aksiyası "Əsgərimiz qürurumuzdur" adı altında həyata keçirilib.
Eyni aksiya Ruhi Əliyevanın təşəbbüsü ilə bu günlərdə Tovuzda da gerçəkləşəcək.
Görüntüləri təqdim edirik:







Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












