Rus sülhməramlıları nəyə necə nəzarət edir?

Qarabağ ərazisindəki qondarma rejimin nümayəndələri tərəfindən təqdim olunan siyahılar əsasında xarici ölkə vətəndaşları, o cümlədən İran İslam Respublikasının məxsus inşaat şirkətlərinin işçiləri Rusiya Sülhməramlı kontingetinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qanunsuz olaraq buraxılır.
Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Əvvəllər İran dövlət qeydiyyat nişanlı avtomobillər sözügedən ərazilərə intensiv səfərlər etsələr də son dövrlər nəzarətimizdən yayınmaq məqsədilə onlar alternativ yollardan istifadə etməyə cəhd göstərirlər. Rus sülhməramlılarının bilavasitə iştirakı ilə ərazilərimizə qanunsuz səfərlər edən İran avtomobillərində Ermənistana məxsus saxta qeydiyyat nişanlarından istifadə edilməsi halları müşahidə olunmaqdadır.
Sual yaranır rus sülhməramlıları işğaldan azad olunmuş ərazilərdə nəyə, necə nəzarət edir və işğaldan azad olunmuş abadlıq-quruculuq vədlərinə əməl etmələri üçün münbit şəraitimi yaradır?

Azərbaycanın Qarabağdakı ərazilərində sanki üçbaşlı əjdaha peyda olub. Erməni terrorçuları - İran vətəndaşları - Rusiya sülhməramlıları. Təbii ki, hər üçünün arxasında dövlətlər dayanır: Ermənistan - İran - Rusiya. Halbuki Azərbaycan hər üç ölkəyə qarşı daim səmimi münasibət göstərib. Heç vaxt gizli oyun oynamayıb. Mövqeyini açıq tekstlə ortaya qoyub. Məlumdur ki, Vətən müharibəsindən sonra Azərbaycan məğlub olan Ermənistana sülh əlini uzadıb, İranla yaxın qonşuluq siyasətinə sadiq qalıb, Rusiyayla qarşılıqlı əməkdaşlığa dair bu günə qədər imzalanmış bütün sənədlərin yüksək səviyyədə icrasında maraqlı olub.

Təbii ki, Azərbaycan belə vəziyyətlərlə bir neçə dəfə qarşılaşıb və qanunları, qaydaları, şərtləri, dəyərləri, münasibətləri, ümumilikdə siyasi mədəniyyəti pozan qüvvələrin layiqli cavabını verib. Unutmasınlar ki, "Dəmir Yumruq" yerindədir.

Xatırladaq ki, cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 70 dəfə laçın dəhlizinə daxil olub və çıxıb. Bundan sonra 11 avqustda İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olunub.
Vəziyyəti bu həddə çatdıranlar Azərbaycanın sərt təpkisi ilə üzləşə bilərlər.

Rupor Analitik Qrupu
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












