Rusiya ABŞ-nin verdiyi vaxtdan istifadə edib Ukraynaya hücumları intensivləşdirir – POLİTOLOQ - FOTO

Son həftələrdə Rusiya-Ukrayna müharibəsində dərinləşmə prosesinin artması beynəlxalq ictimaiyyəti, eləcə də dövlətləri ciddi narahat etməyə başlayıb. Yaranan vəziyyətlə əlaqədar ABŞ prezidenti Donald Trampın Rusiyaya əvvəlcə 50 gün, daha sonra isə 10 gün vaxt verməsi mövzusu Rusiyaya dəstək olan və federasiya ilə iqtisadi əməkdaşlığı davam etdirən dövlətlərə də mənfi təsir göstərməyə başlayıb. Trampın Çin məhsullarına tətbiq etdiyi yüksək faizli rüsumlar da Çini Rusiya ilə daha da yaxınlaşmağa məcbur edir. Politoloqların fikrincə, ABŞ-nin Çinlə iqtisadi razılığa gəlməsi, faizlərin müvəqqəti aşağı salınması Trampın Asiya və Avropada bəzi məqamlarda möhkəmlənməsi üçün vasitə hesab edilə biər. Beynəxalq ictimaiyyəti maraqlandıran sual isə Trampın niyə müharibəni dayandırmaq üçün Rusiyaya verdiyi müddəti 50 gündən 10 günə endirməsi olub.
Mövzu ilə əlaqədar politoloq Elxan Şahinoğlu Avtosfer.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə verdiyi müddəti azaltmasının məqsədi Kremlə qarşı siyasəti sərtləşdirməkdir.

“Məsələ burasındadır ki, Kreml 50 gündən “istifadə edərək” Ukraynaya qarşı işğalçı müharibəni genişləndiriblər, şəhərlər bombalanır, ölən insanların sayı artır. Yəni Kreml Trampın Rusiyaya verdiyi 50 gündən işğalı genişləndirmək üçün istifadə etməyə çalışır. Ona görə də Tramp verdiyi müddəti azaldıb. Vaşinqton Kreml və onun müttəfiqlərinə qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır.
Bu arada, Tramp Çinlə ticarət razılaşması da əldə etmək istəyir. İsveçin paytaxtı Stokholmda ABŞ və Çin nümayəndələri arasında ticarət danışıqlar başlayıb. Məqsəd - iki ölkə arasında ticarət sazişinin imzalanmasını təmin etməkdir. Vaşinqton Pekini xəbərdar edib ki, Çin Rusiya və İrandan neft alışını dayandırsın. Pekin hələ ki, buna razı deyil. Çünki, Çin Rusiya və İrandan nefti ucuz qiymətə alır. Rusiya və İran Qərbin sanksiyalarına görə neftlərini bir çox dövlətə sata bilmirlər. Bu iki dövlətin əsas alıcısı Çindir. Pekin Rusiya və İran neftini almaqda davam edərsə, Vaşinqton Çinə qarşı sanksiyaları sərtləşdirməli olacaq. Bu ABŞ-la Çin arasında imzalanması planlaşdırılan ticarət sazişinə də mənfi təsir edəcək. Tramp Çinə təzyiqi arıtrarkən, Avropa İttifaqı ilə ticarət razılaşması əldə edib. Bu razılaşma Rusyanın Qərb ölkələrinə neft satışı imkanlarını ortadan qaldırdı. Brüsselin Vaşinqtonla imzaladığı razılaşmaya görə, Avropa ölkələri Rusiyanın yerinə ABŞ-dan neft və sıxılmış qaz alacaqlar. Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyaya baha başa gəlib. Çin üçün də müharibə mənfi nəticələrə səbəb olub”.
Səfər
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











