Rusiya Suriyada 1200-dən çox neft daşıyan avtomobil məhv edib

Rusiya aviaqrupunun təyyarələri sentyabrın 30-da Suriyada hərbi əməliyyatlar başlanan vaxtdan xam neft və neft məhsulları daşıyan 1200-dən çox sisternli avtomobil məhv ediblər. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy məlumat verib. "Rusiya aviasiyası zərbələr endirməyə başladığı vaxtdan 1200-dən çox belə sistern məhv edilib", — deyə Rudskoy bildirib. Onun sözlərinə görə, təkcə son üç gün ərzində yaraqlıların 6 qanunsuz neft mədəni, həmçinin xam neft və onun emalı məhsullarını daşıyan 7 avtomobil karvanı məhv edilib. "Son bir neçə həftə ərzində İŞİD və digər terror qruplaşmalarının mövqelərinə endirilən zərbələrin sayı çoxaldılıb. Rusiya aviasiyası Suriyada terrorçuların gəlir mənbələrinin partladılmasına böyük diqqət ayırmaqdadır", — deyə Rudskoy qeyd edib.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












