Rusiyada "avtoş"luq edən azərbaycanlılardan xəbər var: "Bizi biabır etməsinlər"

Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski icmanın digər rəhbərləri ilə Yekaterinburqda Uralmaşda yolu kəsərək əks istiqamətdə hərəkət edən toy karvanının bəyi ilə tərbiyəvi söhbət aparıb.
Avtosfer.az e1.ru-ya istinadən xəbər verir ki, onun 60 yaşlı atasını da danlayıblar. “Bu gün səhərdən həmin bəyi və atasını dəvət etdim. Bəyin 24 yaşı var, bu, onun birinci nikahıdır. Kiçik biznes ilə məşğuldur - ərzaq ticarəti edir. Atasının 60 yaşı var, o, tarix müəllimi olub, hörmətli adamdır. Bu, onlara xoş deyildi. Atası başını belə qaldıra bilmirdi, çünki oğlunun hərəkətinə görə utanırdı. Bəy isə üzr istəyirdi, etdiyi hərəkətə görə peşman idi. Hər şeyi dostlarının düşündüyünü bildirdi, belə ki, o, limuzində olub. Onlara bir daha belə boş şeylərlə məşğul olmamağı, bizi biabır etməmələrini dedik”.
Şıxlinski icmada belə “toy ənənələrinə” çoxdan qadağa qoyulduğunu və bu qadağaya riayət edildiyini bildirdi.
Xatırladaq ki, oktyabrın 5-də başda limuzin olan toy karvanından bir neçə maşın digər avtomobillərin yolunu kəsib, əks istiqamətdə hərəkət ediblər.
Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi İnspeksiyasında toy karvanının işıqforun qırmızı işığında keçməsi, yol hərəkətinin digər iştirakçılarına maneə yaratması kimi qayda pozuntuları aşkar ediblər.
Yoxlama davam edir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












