Rusiyada azərbaycanlı biznesmen saxlanıldı

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları daha bir azərbaycanlını saxlayıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı İctimai Palatanın üzvü Dmitri Çukreev “Telegram” kanalında məlumat yayıb. Bildirilib ki, saxlanılan sahibkar Elvin Şükurov öncədən əlbir olmuş bir qrup şəxs tərəfindən xüsusilə böyük miqdarda markalanmamış alkoqollu məhsulların satışı məqsədilə istehsalı, saxlanması və daşınması üzrə ittiham olunub. Qeyd olunub ki, Elvin Şükurov Sverdlovsk vilayətinin Pervouralsk şəhərində yerləşən saxta alkoqol istehsalı və qablaşdırılması ilə məşğul olan gizli sexdə işləyirmiş. Rosqvardiya əməkdaşları Sverdlovsk Daxili İşlər Baş İdarəsinin dəstəyi ilə həmin obyektin fəaliyyətini dayandırıblar. E.Şükorov isə istintaq təcridxanasına göndərilib. “Kommersant” qəzetinin məlumatına görə, Yekaterinburqda azərbaycanlılardan ibarət etnik qruplaşmanın üzvləri saxta alkoqolun tədarükündə şübhəli bilinir. Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Yekaterinburqda OMON dəstələri azərbaycanlıların yaşadığı ünvanlara basqın etmişdilər. Hadisə nəticəsində 2 azərbaycanlı öldürülmüş, bir neçə nəfər isə saxlanılmışdı.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












